Əlaqə Arxiv
news Image
2020.11.19
14:17
| A A A
Yoluxma hallarında artım müşahidə olunur - Hacıyev

Son dövrlər dünya miqyasında koronavirusa yoluxma hallarında artım müşahidə olunur.

Mövqe.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

“Qonşu ölkələrdən Gürcüstan, İran İslam Respublikası, Türkiyə, Rusiyada virusa yoluxma hallarında artım tendensiyası baş verir. Həmçinin ölkəmizdə də gündəlik 2000-dən yuxarı yoluxma halları özünü göstərir. Eyni zamanda ölüm hallarının da artması ciddi narahatlıq doğurur. Ölkəmizin vətən müharibəsində olduğu, tibb sisteminin diqqətinin bu xüsusa yönəlməsi virusla mübarizədə daha diqqətli olmalı olduğumuzu bildirir. Xəstəxanalarda yer sayının azalması narahatedicidir. Bu səbəblə də 28 dekabr 2020-ci ilədək ölkə üzrə xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib”.

Sizin Reklam Yeriniz