Çox müsbət haldır ki, tibb sisteminin professionallığı sahəsində Silahlı Qüvvələrin şəxsi heyətində yoluxma halları baş verməmişdir.
Mövqe.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, silahlı qüvvələrin şəxsi heyətininin tərkibinə daxil edilən hər kəs testdən keçirilir:
“Tibbi personalın yükünün qarşısını almaq üçün məsuliyyət göstərməyimiz vacibdir. Yaralı əsgərlərimizin koronavirusa yoluxmasını qarşısını almaq da tibb sisteminin məsuliyyətidir”.
H.Hacıyev bildirib ki, son günlərdə özünü müalicə hallarının sayı artıb:
“Son məqamda xəstəxanaya müraciət edirlər ki, bu da çətinliklər yaradır. Təkcə Azərbaycansa deyil, dünyada proses baş verməkdədir. Vaksinin alınması istiqamətində işlər həyata keçirilməkdədir. Beynəlxalq müstəvidə BMT-nin koronavirusa qarşıs xüsusi sessiyanın həyata keçirilməsi üçün müşavirə keçirilib. Sessiyanın ümumi müzakirələr çərçivəsində seqmentinin 3-4 dekabrda keçirilməsi gözlənilir”.