Əlaqə Arxiv
news Image
2020.11.20
09:22
| A A A
Vladimir Putin Azərbaycanın haqq işini müdafiə edir

Rusiya prezidentinin Qarabağ münaqişəsinə dair baxışları Azərbaycanı istəməyən beynəlxalq qüvvələrə siyasi təsir göstərə bilərmi?

Rasim Quliyev: "Putinin Qarabağ münaqişəsinə dair səsləndirdiyi fikirlərin beynəlxalq qüvvələrə hansısa təsir göstərəcəyi qənaətində deyiləm". "Hesab edirəm ki, Rusiya prezidentinin son müsahibəsi əsasən Ermənistan ictimaiyyətinə ünvanlanıb".

Bildiyimiz kimi Rusiya Prezidenti Vladimir Putin "Rosiyya-1" telekanalına müsahibəsində Qarabağ münaqişəsi ilə bağlı bir sıra məqamlara toxunub. Qeyd edək ki, Putin müsahibəsində əvvəlcə münaqişənin tarixindən danışıb. Bir çox ekspertlərin təhlillərinə görə, Putin beynəlxalq hüquqla Qarabağın Azərbaycan ərazisi olduğunu deməklə 1988-ci ildən indiyədək sovet və Rusiya rəhbərlərindən heç kimin etmədiyi obyektiv və açıq mövqeni göstərdi. Putinin sonuncu Qarabağ bəyanatından sonra Rusiya hakimiyyətində daha heç kim Ermənistanın Qarabağa və ətraf rayonlara iddiasına dəstək verməyəcəyini düşünən ekspertlər də az deyil. Rusiya prezidentinin Qarabağ münaqişəsinə dair baxışları Azərbaycanı istəməyən beynəlxalq qüvvələrə siyasi təsir göstərə bilərmi? "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev "Mövqe"yə şərhində bildirdi ki, Rusiya Prezidentin Qarabağ münaqişəsinə dair açıqlaması beynəlxlaq qüvvələrə hansısa təsir göstərəcəyini düşünmür:"Putinin Qarabağ münaqişəsinə dair səsləndirdiyi fikirlərin beynəlxalq qüvvələrə hansısa təsir göstərəcəyi qənaətində deyiləm. Hesab edirəm ki, Rusiya prezidentinin son müsahibəsi əsasən Ermənistan ictimaiyyətinə ünvanlanıb. Çünki onsuz da Rusiya tərəfindən Ermənistanın siyasi hakimiyyət dairələrinə başqa kanallarla informasiya göndərilir. Yəni Rusiya Ermənistan hakimiyyətində kimi görmək istəyir, kimi görmək istəmir. Bu erməni ictimai rəyindən istifadə edən qüvvələrə Rusiya prezidentinin açıq mesajı idi. Artıq o şifrəli deyol, birbaşa açıq mesaj verdi ki, Ermənistanda Rusiya və imzalanmış üçtərəfli bəyanatın əleyhinə hər hansı bir qüvvənin hakimiyyətə gəlməsi Ermənistanın intiharı deməkdir. Bu elə bir sözdür, açıq mesajdır. Didər tərəfdən də, o demək istəyirdi ki, mən Ermənistana indiyə qədər hərbi dəstək vermişəm. Açıq şəkildə dedi ki, Ermənistanda çox böyük anti Rusiya əhvalı var. Bunu Rusiyalı siyasətçilər də, ekspertlər də bilirlər. Çünki Sorosun adamları hakimiyyətə gələnə qədər də, sonra da bu ölkədə Rusiya əleyhinə çox böyük ictimai rəydə təbliğat aparılıb və xeyli işlər görüülüb. Rusiya Soros inqilabının heç də xalqlara xoşbəxtlik gətirmədiyinin Ermənistan nümunəsini göstərməklə onları cəzalandırır. Eyni zamanda da həmin Sorosun dəstək verdiyi adamların son nəticədə Rusiyaya pənah gətirib xilaskar olaraq Rusiyanı gördüklərini birbaşa açıq-açığına həm Ermənistan, həm də dünya ictimaiyyətinə göstərdi. Ona görə də hesab edirəm ki, Rusiya Prezidentinin Qarabağ açıqlamaları daha çox Ermənistan cəmiyyətinə hesablanıb. Düzdür, Putinin müsahibəsində bəzi təhdid ritorikaları var, təhdid, şantaj ritorikalarə həmişə Rusiya diplomatiyasında üstünlük təşkil edir. İstənilən halda Rusiyanın Ermənistanla birgə bu sənədi imzalamağı birmənalı olaraq Azərbaycan dövlətinin uduşu, qazancı idi. Bu sənəddə Ermənistanın məğlubiyyəti, bu dövlətin işğalçı olduğu, Azərbaycanın ərazibütövlüyünün hüquqi cəhətdən təsdiqi, Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılması göstərilib. Bu sənədi Rusiyanın da imzalaması həm bu faktları təsdiq etməkdir, həm də sülhyaratma missiyası ilə bu funksiyalarını yerinə yetirmək məsuliyyətini də Ermənistanla bölüşməsi deməkdir" - deyə R.Quliyev hesab edir ki, bu sənəd Azərbaycan bütün mənalarda Azərbaycanın mövqeyini çox gücləndirir.

Leyla QARAXANLI

Sizin Reklam Yeriniz