Əlaqə Arxiv
news Image
2020.11.21
19:52
| A A A
Bakı ilə Moskvanın mövqeyi üst-üstə düşür - Lavrov

Rusiya Federasiyası ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür.

Mövqe.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabrda əldə etdikləri razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqlənib. Razılaşma Dağlıq Qarabağda qan tökülməsini dayandırdı. Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi” - deyə, o bildirib.

Nazir həmçinin bildirib ki, təmsil etdiyi ölkə beynəlxalq təşkilatların Qarabağdakı humanitar problemlərin nizamlanmasına fəal cəlb olunmasında maraqlıdır.

Sizin Reklam Yeriniz