Əlaqə Arxiv
news Image
2020.11.24
10:16
| A A A
Mehriban xanım Ağdama nə apardı? – Fotolar

Ötən gün Prezident, Ali Baş Komandan İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdama səfəri və Ağdam məscidini ziyarət etməsi ilə bağlı fotolar sosial şəbəkələrdə trendə çevrilib.

Mövqe.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Prezident və birinci xanımın məscidə daxil olarkən hörmət əlaməti olaraq məscid divarını öpmələrini, ayaqqabılarını çıxararaq içəri girmələrini sevə-sevə təqdim ediblər. 27 il işğal altında olan məscidin durumuna, döşəməsinə xalı-xalça döşənməməsinə, havanın soyuq olmasına baxmayaraq, Prezident və xanımının məscid içində torpaq üstündə ayaqyalın gəzməsi bir nümunə olaraq göstərilib.

Eyni zamanda Mehriban xanım Əliyevanın özü ilə Qurani-Kərim aparması, məscidin içində onu öpərək Prezidentə təqdim etməsi və Prezidentin Qurani-Kərimi məsciddə hazırlanan yerə qoyması diqqət çəkib.

Qeyd edək ki, səfərlə bağlı ətraflı material bir az sonra yayımlanacaq.

Sizin Reklam Yeriniz