Əlaqə Arxiv
news Image
2020.11.24
14:04
| A A A
Komitə əsirlərimizlə bağlı müraciət ünvanladı

Milli Məclisin İnsan Hüquqları Komitəsi Ermənistan tərəfindən əsir götürülən azərbaycanlı əsgərlərlə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Mövqe.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, Komitə Ermənistan tərəfindən əsir götürülən azərbaycanlı əsgərlərlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə, BMT-nin İnsan Haqları Komitəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinə, Avropa Şurası İnsan Hüquqları Komitəsinə və beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edib:

“Müraciətdə 27 sentyabrdan başlayan əks-hücum əməliyyatları gedişində Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri nəticəsində 94 mülki vətəndaşın həlak olması, 400-dən çox mülki şəxsin yaralanması, 3000-dən çox evin dağıdılması haqda məlumat verilib.

Ermənistanın müharibə cinayətləri sırasında düşmən silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri Amin Musayev, Bayram Kərimov və başqalarına münasibətdə pis rəftar və işgəncə faktları, xarici jurnalistlərin yayımladığı real məlumatların mənbəyi təqdim edilməklə, Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququn kobudcasına pozulması kimi əsaslandırılıb.

Müraciətdə Milli Məclisin İnsan Hüquqları Komitəsi Ermənistanın hərbi cinayətlərinin beynəlxalq hüquqi əsasda ən ciddi şəkildə araşdırılması, əsgərlərimizin tezliklə Azərbaycana qaytarılması yönündə müvafiq beynəlxalq qurumların bütün səylərini ortaya qoyması tələb edilib”.

Sizin Reklam Yeriniz