Əlaqə Arxiv
news Image
2013.08.23
17:50
| A A A
Azərbaycan Müdafiə Nazirliyindən təmas xəttində atışma ilə bağlı açıqlama

"Ermənistan Müdafiə Nazirliyi erməni hərbçilər arasında baş verən atışmanı gizlətmək məqsədilə köhnəlmiş üsula əl atır"

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədində, qoşunların təmas xəttində atışma baş verməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlarla bağlı açıqlama yayıb.  

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən açıqlamada bildirilir ki, Ermənistanın KİV Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Arsurun Ovannisyana istinad edərək, guya Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan silahlı bölmələrinin erməni hərbçilərinin mövqelərinə gözlənilmədən atəş açdığı barədə məlumat yayıb.

 "Bir nəfərin öldüyü, birinin isə yaralandığı bildirilir. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edir ki, yayılan bu xəbər dezinformasiyadır, Ermənistan bununla izi azdırmağa cəhd göstərir. Lakin əldə olunan səhih məlumata görə, bu gün səhər saatlarında erməni hərbçilər arasında baş verən atışmanı gizlətmək məqsədilə düşmən bu köhnəlmiş üsulu yenə işə salıb. İtkilər barədə Arsurun Ovannisyanın göstərdiyi rəqəm həqiqəti əks etdirmir. Erməni əsgərləri arasında silahlı qarşıdurma zamanı bir neçə nəfərin öldüyü və yaralandığı barədə məlumatlar var", - deyə məlumatda bildirilir.

 

Sizin Reklam Yeriniz