Əlaqə Arxiv
news Image
2020.11.24
17:23
| A A A
Ağdam rayonunun qaytarılması ölkəmiz üçün tarixi hadisədir

Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bir Ağdamlı kimi torpaqlarımızın qaytarılması məni də çox sevindirdi və məndə ruh yüksəkliyi yaratdı. Bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində baş vermişdir. İnşallah Kəlbəcər də,  Laçın da tez bir zamanda düşməndən azad olunacaq. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhid vermişlər. Rayonun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparılmışdır. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.
Ermənilər Ağdamın mədəni abidələri talan etmiş, muzeeləri, məscidləri vəhşicəsinə darmadağın etmişlər. Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Artıq Ağdam məcburi köçkün ifadəsi olmayacaq. Biz öz tarixi yurdlarımıza qayıdacağıq. Cənab Prezidentin dediyi kimi: “Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək.  Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək.”
Budur cənab Prezidentin siyasəti, budur cənab Prezidentin Azərbaycan xalqına olan diqqəti. Buna görə Sizə  Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon ərazi təşkilatının üzvləri adından minnətdarlığımı bildiriəm.

Azər Quliyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai 
Birliyinin Nəsimi rayon ərazi təşkilatının sədri 

Sizin Reklam Yeriniz