Əlaqə Arxiv
news Image
2020.11.25
14:31
| A A A
Müharibə bir daha göstərdi kim kimdir - İlham Əliyev

Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq.

Mövqe.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi ilə bağlı xalqa müraciətində deyib.

"Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib.

Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!" - Prezident qeyd edib.

Sizin Reklam Yeriniz