Əlaqə Arxiv
news Image
2020.11.26
09:00
| A A A
Qərb qorxunc və məkrli siyasətindən əl çəkmir
Bəzi Qərb liderlərinin əssasız əndişəsinin əsasında heç də xristian abidələrini müdafiə etmək niyyəti dayanmır Bəhruz Quliyev:“Bu gün xristianlığı əlində bayraq edib, özünü “xristianlıq təəssübkeşi” kimi göstərən bəzi Qərb liderləri nədənsə unudurlar ki, xristianlığın məhz ilk beşiklərindən biri Azərbaycan olub və buradakı qədim xristian abidələri də xristian Qafqaz Albaniyasından miras qalıb, onların ermənilərə heç bir aidiyyatı yoxdur”.
“Qərb liderləri bu əsassız şübhələrini gündəmə gətirməklə, beynəlxalq ictimaiyyətə təqdim etməklə əsilində daxillərində olan qorxunc, məkrli hissləri ifadə edirlər”.
“Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar”. Bu fikirləri  Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı söyləyib. 
Azərbaycana bəzi ölkələrdəki bu cür skeptik baxışın əsasında nə dayanır?
“Səs” qəzeti və eyni adlı informasiya agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyev “Mövqe”yə bildirdi ki, Qərb liderləri bu məsələni qaldırmaqla süni ajiotaj yaratmaq istəyirlər, amma onların bu şübhəsinə heç bir əsas yoxdur. “Azərbaycanın 44 günlük Vətən Müharibəsində Ermənistanı dizə çökdürməsi, məğlub etməsi faktını Qərb dünyası, Qərb liderləri heç cür həzm edə bilmirlər. Ona görə də bu cür əsassız, məsuliyyətsiz bəyanatlar səsləndirirlər. Bəzi Qərb liderləri bu əsassız şübhə və ehtimallarını dövriyyəyə buraxmaqla bu məsələ ətrafında hansısa müzakirələrə rəvac vermək istəyirlər. Bəzi Qərb dairələrində islamafob, türkfob kimi zərərli tendensiyalar formalaşıb. Azərbaycan özünün multikultural, tolerant dövlət olduğunu özünü “demokratiyanın beşiyi”, “multikulturalizm mənbəyi” sayan bəzi Qərb dövlətlərindən fərqli olaraq sözdə yox, əməldə subut edib.  Azərbaycan çoxmillətli, çoxkonfensiyalı, çox mədəniyyətli dünyəvi bir dövlətdir. Bizim ölkəmizdə yaşayan müxtəlif xalqların mədəniyyətləri, dini abidələri, dini dəyərləri dövlətin himayəsi altınadır və onlar dövlət tərəfindən qorunur. Azərbaycanda uzun əsrlərdən bəri yaşayan, burada məskən salan, Azərbaycanı öz vətəni hesab edən bütün xalqların dini abidələri qorunur. Azərbaycan bir multikutiral, tolerant dövlət kimi həm müsəlman, həm  xristian, həm də yəhudi dini ocaqlarını qoruyur, hər bir xalqın dininə, mədəniyyətinə, adət-ənənəsinə yanaşır. Azərbaycanda tarixən mövcud olan və bu gün də davam etdirilən bu ənənə, hətta inkişaf etmiş Qərb ölkələrinin özlərində belə yoxdur. Bilirsiz ki, bəzi Qərb ölkələrində qeyri-xristian dinlərinə, islam dininə, eləcə də türklərə qarşı bir fobiya formalaşıb. Qərb dünyasında formalaşan bu fobiya onların liderlərini bu cür yanlış və qərəzli mövqe sərgiləməyə vadar edir. 
Qərb liderləri bu əsassız şübhələrini gündəmə gətirməklə, beynəlxalq ictimaiyyətə təqdim etməklə əsilində daxillərində olan qorxunc, məkrli hissləri ifadə edirlər. İşğaldan azad edilən Azərbaycan ərazilərində olan xristianlıq abidələri, kilsə və monastralar Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixi irsidir. Bu gün xristianlığı əlində bayraq edib, özünü “xristianlıq təəssübkeşi” kimi göstərən bəzi Qərb liderləri nədənsə unudurlar ki, xristianlığın məhz ilk beşiklərindən biri Azərbaycan olub və buradakı qədim xristian abidələri də xristian Qafqaz Albaniyasından miras qalıb, onların ermənilərə heç bir adiyyatı yoxdur. Azərbaycan işğala qədər o abidələri göz bəbəyi kimi qoruyub, həmin abidələr monoetnik, faşist, terrorçu Ermənistanın Qərb dairələrinin dəstəyi ilə Azərbaycan ərazilərini qəsb etdikdən sonra ermənilər tərəfindən dağıdılıb, məhv edilib, bir çoxunun isə quruluşu dəyişdirilərək erməniləşdirilib, qriqoryanlaşdırılıb. Qarabağdakı və ətraf rayonlardakı alban-xristian abidələri erməni vandalizminə məruz qalıb. Niyə həmin o Qərb liderləri xristian abidələrinə qarşı qəsdlər edən Ermənistan rəhbərliyini, erməniləri ittiham etmir? Bu yaxınlarda özünü “xristian təəssübkeşi” sayan Fransanın bir qrup deputatı Bakının mərkəzindəki erməni kilsəsində olublar, kilsənin necə qorunduğunu, saxlandığını gözləri ilə görüblər. Amma gördükləri barədə bir cümləlik bəyanat belə səsləndirməyiblər?”
B.Quliyev əlavə etdi ki, əslində, bu gün bəzi Qərb liderləri işğaldan azad olunan Azərbaycan torpaqlarındakı  xristian abidələrinin qeydinə qalmaq niyyətilə bu bəynatları səsləndirmir, sadəcə bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edirlər. 
Leyla QARAXANLI
Sizin Reklam Yeriniz