Əlaqə Arxiv
news Image
2020.11.27
09:15
| A A A
Cəbhəçilərin hakimiyyəti dövründəki hərc-mərclikdən ermənilər istifadə ediblər
Aydın Mirzəzadə:“Həm Ayaz Mütəllibov, həm də AXC-Müsavat dönəmi Azərbaycanı inkişafdan onillərlə geriyə saldı”

"Keçmiş SSRİ-dən qalan varidatdan məhrum olunduq, vaxtında vahid komandanlıq altında nizami ordu qurulmadı, sahibkarlığın inkişafı, hüquqi dövlətin qurulması üçün lazımı addım atılmadı, cəmiyyət parçalandı, cəmiyyətin erməni təhlükəsi qarşısında imkanları məhdudlaşdırıldı, Azərbaycan adından qonşu dövlətlərlə münasibətləri pisləşdirən bəyanatlar qəbul edildi"... "Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi". Bunu Kəlbəcərin azad edilməsi ilə əlaqədar xalqa müraciətində Prezident İlham Əliyev bildirib. Bu çirkin addımlar Azərbaycana nəyin bahasına başa gəldi və inkişafımızı necə ləngitdi? Millət vəkili Aydın Mirzəzadə "Mövqe"yə şərhində bildirdi ki, Azərbaycan Xalq Cəbhəsinin yarıtmaz fəaliyyəti Azərbaycanı on illərlə geriyə saldı. "Dövlət müstəqilliyimizin yeni bərpa edildiyi dövrdə hakimiyyətə gələn təsadüfi qruplar Azərbaycanın həmin dövrdə olan problemlərini həll etmək əvəzinə daha da artırdılar. Keçmiş SSRİ-dən qalan varidatdan məhrum olunduq, vaxtında vahid komandanlıq altında nizami ordu qurulmadı, sahibkarlığın inkişafı, hüquqi dövlətin qurulması üçün lazımı addım atılmadı, cəmiyyət parçalandı, cəmiyyətin erməni təhlükəsi qarşısında imkanları məhdudlaşdırıldı, Azərbaycan adından qonşu dövlətlərlə münasibətləri pisləşdirən bəyanatlar qəbul edildi. Bütün bunların nəticəsi olaraq Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsi qonşu Ermənistan tərəfindən işğal edildi. Azərbaycan əsgərləri torpaq uğurunda qəhrəmancasına vuruşdular, minlərlə, onminlərlə nümunələr var ki, onlar Ermənistanın işğalının qarşısının alınması üçün çox böyük cəhdlər ediblər. Amma dövlətin lazımı addımlar atmaması, dövlətin ordu quruculuğuna diqqət yetirməməsi, iqtisadiyyatı yeniləməməsi 20 faiz torpaqlarımızın işğal olunmasına, onminlərlə şəhidlərimizin olmasına gətirib çıxardı. Həm Ayaz Mütəllibov, həm də AXC-Müsavat dönəmi Azərbaycanı inkişafdan onillərlə geriyə saldı. Əgər Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə gəlişi xeyli əvvəl olsaydı Azərbaycan o itkilərin böyük bir hissəsinin qarşısını zamanında ala bilərdi. Maraqlısı budur ki, hakimiyyətdən getdikdən sonra da onlar Azərbaycan dövlətçiliyinə, milli dövlətçiliyə qarşı öz fəaliyyətlərini davam etdirdilər. Xarici qüvvələrin əlində bir alətə çevirildilər. Bu baxımdan, cənab Prezidentin çıxışındakı fikirlər kifayət qədər yerində və dəqiq deyilmiş fikirlərdi. Cəmiyyət, xüsusilə də gənclər özünün tarixni, bu və digər problemlərin yaranmasının səbəblərini dəqiq bilməlidir" - deyə A.Mirzəzadə qeyd etdi.

Aytəkin KƏRİMLİ

Sizin Reklam Yeriniz