Əlaqə Arxiv
news Image
2020.11.27
09:21
| A A A
Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqladı
ABŞ Prezidenti Donald Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqlayıb. D.Tramp jurnalistlərə bildirib ki, seçicilər kollegiyası demokrat Cozef Baydenə səs versələr, o, Ağ Evi tərk edəcək. ABŞ-ın hazırkı prezidenti bildirib: "Kütləvi saxtakarlıq olduğunu bildiyimiz üçün təslim olmaq çox çətindir. Zaman bizim tərəfimizdə, hər şey, faktlar bizim tərəfimizdə. Kütləvi saxtakarlıq var idi, ölkəmizdə belə bir şey olmamalı idi, biz sanki üçüncü dünya ölkəsiyik.D.Tramp qeyd edib ki, seçicilər kollegiyası C.Baydenə səs verməklə səhvə yol verəcəklər, çünki seçkilərdə saxtakarlıqlar baş verib.
Sizin Reklam Yeriniz