Əlaqə Arxiv
news Image
2020.11.28
15:05
| A A A
Elə günlər olurdu ki, Tərtərə 2400-dən artıq mərmilər düşürdü

Tərtər hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Azərbaycan şəhərindən biridir. Elə günlər olurdu ki, gündəlik əsasda Tərtər şəhərinə 2 300 – 2 400-dən artıq mərmilər düşürdü.

Mövqe.az xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə Tərtər şəhərinin bombardmanı həyata keçirilirdi:

“Bunun da nəticəsində mülki insanlar arasında çoxlu sayda ölən və yaralananlar olmuşdu. Bu məqsədlə də Ermənistan silahlı qüvvələri tərəfindən kassetli “Smerç” raketləri də daxil olmaqla, bütün növ artilleriyadan istifadə olunurdu”.

Sizin Reklam Yeriniz