Əlaqə Arxiv
news Image
2020.12.02
08:29
| A A A
Ermənilər Laçını tərk edir, amma Peqov təxribatlarını dayandırmır
Üzdəniraq bloger nə üçün “quyruğu yanmış siçan” kimi ora-bura qaçır Akif Nağı:“Mənə elə gəlir ki, Peqovun hansısa dairələr qarşısında öz “işini” axıra qədər çatdırmağa, təxribatçı məlumatları yaymaqda davam etdirməklə bağlı öhtəlikləri var”. “Peqovun məqsədi nə idi, ermənilər tərəfindən, yaxud digər qüvvələr, dairələr tərəfindən…”.

44 günlük Vətən Müharibəsinin gedişi zamanı rusiyalı bloger Semyon Peqovun təxribatçı fikirləri, çəkdiyi videolar, nümayiş etdirdiyi ermənipərəst mövqe nəinki Azərbaycanda, eləcə də Rusiyanın özündə böyük qınaqla qarşılanırdı. Peqov Qarabağdan qovulduqdan sonra öz ölkəsində yenə də təxribatçılığını davam etdirib. Erməni dəyirmanına su tökən bu üzdən iraq blogeri erməni KİV-ləri və Ermənistan höküməti az qala “qəhrəman” kimi təqdim edirlər. Bir müddət gözə görünməyən Peqov yenidən üzə çıxıb. 
Erməni KİV-də hərbi müxbir kimi qələmə verilən WarGonzo layihəsinin avantürist müəllifi Semyon Peqov yenə də öz təxribatları ilə meydan sulayır. O, Laçın şəhərindən Ermənistan qoşunlarının çıxacağı sonuncu gün həmin şəhərdən reportaj apararaq bildirir ki, vəziyyət tam aydın deyil. Yerli hakimiyyət ( Laçının işğalçılardan ibarət rəhbərliyi nəzərdə tutulur-qeyd bizimdir) bildirir ki, əhali (ermənilər) qalıb yaşaya bilərlər. Sülhməramlı qüvvələr isə deyir ki, saat 18.00-a qədər gedə bilərsiniz.
Peqovun bu təxribatları kimə və nə üçün xidmət edir?
Ekspertlər hesab edir ki, Peqov kimiləri ümumiyyətlə əqidənin, vicdanın nə olduğundan xəbərsizdir. Peqovun  erməni lobbisinin pulla ələ aldığı “bloger”lərdən biri olduğunu deyən ekspertlər hesab edir ki, əslində, Peqov özünü bazarlığa çıxarmış biridir, bu gün erməni lobbisin onu maliyələşdirdiyinə görə ermənilərin tərəfini tutur, sabah bir başqa ölkə ona daha çox pul versə yeni ağalarına qulluq edəcək. 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Mövqe”yə bildirdi ki, Peqov müharibə başayandan bu cür təxribatlar törədib. A.Nağının sözlərinə görə, təkcə Peqov deyil, digər bir qrup xarici jurnalistlər də Ermənistanın xeyrinə yanlış, təxribatçı məlumatlar yayırdı. “Peqov sosial şəbəkələrdə çoxlu sayda təxribatçı videogörüntülər paylaşırdı, həqiqəti gozlədirdi. Əslində, onun bu yalançı, təxribatçı məlumatları Ermənistanın özünün ziyanına işləyirdi. Peqovun məqsədi nə idi, ermənilər tərəfindən, yaxud digər qüvvələr, dairələr tərəfindən maliyələşdirildiyi aydın deyil. Bu adamı ümumiyyətlə Rusiya mətbuatı ciddiyə almırdı. Buna baxmayaraq o öz təxribatçı təbliğatını davam etdirirdi. Mənə elə gəlir ki, Peqovun hansısa dairələr qarşısında öz “işini” axıra qədər çatırmağa, təxribatçı məlumatları yaymaqda davam etdirməklə bağlı öhtəlikləri var. Laçında baş verən situasiya haqqında məlumat Azərbaycan mənbələrindən götürülməlidir. Çünki Azərbaycan mənbələri vəziyyətin nə yerdə olduğunu açıq şəkildə göstərir. Bu gün Preziden İlham Əliyev xalqa müraciətində dedi ki, Laçına qanunsuz olaraq on mindən artıq erməni köçülərək məskunlaşdırılmışdı. O vaxt ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə yaradılan beynəlxalq missiyanın materiallarında, sənədlərində də əksini tapmışdı ki, ən çox erməni Laçına köçürülüb. O vaxtlar beynəlxalq missiyanın materiallarında əks olunurdu ki, Laçında 10 min erməni yaşayır. Qanunsuz olaraq Laçına köçürülərək məskunlaşdırılan ermənilər buranı “özəlləşdirmək” istəyirdilər və oradan köçmək istəmirdilər. Amma indi onlar buradan köçüblər. Onları isə bu vəziyyətə Ermənistan dövləti salıb. Ola bilsin ki, hardasa ermənilər çıxmamaq üçün müqavimət göstərib, amma bu müqavimətin yeri yoxdur, onlar birmənalı şəkildə bu torpaqdan çıxmalıdılar, çıxıblar da. Ermənistanın rəhbərliyi açıqlama verib və ermənilərin Laçından çıxması ilə bağlı qərarı təsdiq edir. Peqov da bu vəziyyətdə yenə də öz təxribatçılıq missiyasını yerinə yetirir və kimlərəsə istinad edərək belə bir təxribatçı məlumat yayır”-deyə A.Nağı qeyd etdi. 
A.Nağı hesab edir ki, ola bilsin, Laçında da hansısa erməni qalıb Azərbaycan vətəndaşı kimi yaşamaq istəyir, amma bu inadırıcı görünmür, çünki onlar Azərbaycana qarşı çox böyük cinayətlər törədiblər. 
Leyla QARAXANLI
 

Sizin Reklam Yeriniz