Əlaqə Arxiv
news Image
2020.12.03
09:00
| A A A
Suyu bulandırmaq istəyən qüvvələrə əsaslı mesaj
Prezident İlham Əliyev: “Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır” Rauf Zeyni:“Prezident bu bəyanatı səsləndirməklə Azərbaycanda mövcud olan tolerantlığı, multikultural mühiti həzm edə bilməyən qüvvələrə mesaj verdi ki, çox qısa zaman ərzində işğaldan azad edilən torpaqlarımızda yaşayan ermənilər də digər vətəndaşlarımız kimi Azərbaycan dövlətindən məmnunluqlarını ifadə edəcəklər, siz də bunu yaxın zamanlarda görəcəksiniz”.

“Prezidentin bu bəyanatı Azərbaycanın inkişafına mane olmaq istəyən qüvvələrə bir mesajdır”.
“Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq”. Bunu Prezident İlham Əliyev dekabrın 1-də xalqa müraciətində bildirib. 
Azərbaycan Prezidentinin bu fikirləri hansı qüvvələrə qarşı yönəlib və özündə nələri ehtiva edir?
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Mövqe”ə şərhində bildirdi ki, Prezidentin bu mesajı Azərbaycanın təkbaşına Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmasını və ərazibütövlüyünü təmin edilməsini qısqancılıqla, qərəzlə qarşılayan, suyu bulandırmaq istəyən dövlərə, xarici qüvvələrə yönəlib. “Ölkə başçsı müasir Azərbaycanı elə bir inkişaf səviyyəsinə gətirib çıxardı ki, o inkişaf səviyyəsi nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. Torpaqlarımız işğaldan azad ediləndən sonra ölkəmizin yeni dövrü, yeni inkişaf mərhələsi başlayıb. Cənab Prezident özü də dəfələrlə bildirib ki, bizim dövlətimiz heç kəsdən asılı deyil, müstəqil xarici siyasət yürüdür. Bu gün Azərbaycanın əldə etdiyi yüksək nəticələr, qələbə bir çox xarici ölkələrin liderləri tərəfindən qısqanclıqla qarşılanır, onlar Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Ona görə də, cənab Prezident belə bir bəyanat verərək birmənalı şəkildə bildirdi ki, Azərbaycan çox qısa müddətdə işğaldan azad edilən ərazilərimizdə öz dövlət quruluşunu bərpa edəcək, öz hakimiyyətini bərqərar edəcək. İşğaldan azad edilən ərazilərdə ermənilər yaşayanlar Azərbaycan Respublikasının vətəndaşlarıdır və onlar bizim ölkəmizin vətəndaşları olaraq rifah içində yaşayacaqlar. Orada yaşayan ermənilər də, başqa xalqlar da qısa müddət ərzində Azərbaycan dövlətinin qüdrətini, həyata keçirdiyi quruculuq-bərpa işlərini görəcəklər və Azərbaycan dövlətinin vətəndaşları olduqlarından məmnun qalacaqlar. Ölkə başçısının bu mesajı Azərbaycan dövlətinin öz vətəndaşlarının məmnunluğunu təmin etmək və onlar üçün yüksək yaşam şəraiti qurmaq məqsədindən, niyyətindən əndişələnən qüvvələrə, bəzi ölkələrin liderlərinə ünvanlanıb. Müəyyən şovinst, qərəzli qüvvələr var ki, onlar bir türk-müsəlman ölkəsi olan Azərbaycanın bu cür müasir, multikultural, tolerant dövlətə sahib olmasını həzm edə bilmirlər. Prezident bu bəyanatı səsləndirməklə Azərbaycanda mövcud olan toletantlığı, multikultural mühiti həzm edə bilməyən qüvvələrə mesaj verdi ki, çox qısa zaman ərzində işğaldan azad edilən torpaqlarımızda yaşayan ermənilər də digər vətəndaşlarımız kimi Azərbaycan dövlətindən məmnunluqlarını ifadə edəcəklər, siz də bunu yaxın zamanlarda görəcəksiniz”.
R.Zeyni onu da vurğuladı ki, Prezident İlham Əliyev bu fikirləri söyləməklə Azərbaycanın necə multikultural, tolerant, müasir dövlət olduğunu bir daha o qüvvələrə xatırladıb. “Bizim ölkəmizdə necə ki, müxtəlif dinlərin, konfensiyaların, millətlərin nümayəndələri dinc, əmin-amanlıq, sülh və rifah içində yaşayırlar, məmnundurlar biz eləcə də Qarabağda biz bu məmnuniyyəti, bu rifahı, sülh və əmin-amanlığı təmin edəcəyik.  Prezidentin bu bəyanatı Azərbaycanın inkişafına mane olmaq istəyən qüvvələrə bir mesajdır” - deyə R.Zeyni qeyd etdi.
Aytəkin KƏRİMLİ

Sizin Reklam Yeriniz