Əlaqə Arxiv
news Image
2020.12.03
10:18
| A A A
Erməniləri çıxılmaz vəziyyətə salan sual
Cümşüd Nuriyev: “Ermənistanda idarəetmə sisteminin 37 faizi kriminallaşıb”

“Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi?”
Bütün bu sualların cavabı Ermənistanın cinayətkarlaşmış idarəetmə sistemindən xəbər vermirmi?
Politoloq Cümşüd Nuriyev bildirdi ki, Ermənistanda hakimiyyətdə olan bütün iqtidarlar kriminal, cinayətkar ünsürlər olublar: “Bu ölkədə sistem başdan-ayağa kriminallaşıb. Ölkəni cinayətkar ünsürlər idarə etdiyindən onun bütün daxili və xarici fəaliyyəti də tamamilə kriminal müstəvidə qurulub. Bilirsiniz ki, Azərbaycan Prokurorluğu tərəfindən Ermənistana qarşı cinayət işi qaldırılır.  Bununla bağlı iddia ilə Avropa Məhkəməsinə müraciət olunacaq. Bu iddiada hələlik 50-80 milyard dollar arasında dəymiş ziyan məsələsi var.  Bundan başqa, əldə olunmayan gəlir məsələsi də var. Yəni işğal olunmuş rayonlardan bu müddətdə Azərbaycanın  nə qədər gəlir götürə bilməsi məsələsi də iddiada yer alıb.  Onu da qeyd edim ki, Ermənistanın gəlirinin üçdə biri Azərbaycanın işğal olunmuş ərazilərindən gəlirdi. Bunu ermənilərin özləri də etiraf edir. Belə bir şəraitdə təbii ki, Ermənistanın dəymiş ziyanı ödəmək üçün o qədər pulu yoxdur.  Azərbaycanın tək müdafiə xərcləri Ermənistanın dövlət büdcəsindən çoxdur. Belə bir fonda Azərbaycan Prezidenti təsadüfən həmin fikirləri söyləməyib. Bununa rxasında daha tutarlı məqamlar yer alır. Bilirik ki, Ermənistanı dəstəkləyən müəyyən dövlətlər var. Ermənsitana edilən yardımların əsas hissəsi gizli yollarla edilən yardımlardır. Bu işin də arxasında duran ölkələr birmənalı şəkildə İranla Rusiyadır. Prezidentin bu açıqlaması İrəvanı dəstəkləyən Fransa kimi ölkələrə də bir mesajdır.  Prezident sərt şəkildə bildirdi ki, daxili işimizə heç kəs qarışmasın. Bütün bu məqamlar Ermənistanın cinayətkarlaşmış idarəetmə sisteminə malik olduğunun bariz nümunəsidir.  Ermənkistanda beynəlxalq ödəmə sistemi “Amerikan Ekspress” sistemilə həyata keçirilir. İrəvan Beynəlxalq Valyuta Fondunun həyata keçirdiyi ödəmə sistemilə transferləri reallaşdırır.  Bundan başqa, məsələ ilə bağlı Ermənistanın tək indiki rəhbərliyini deyil, əvvəlki rəhbərlərini də araşdırmalar fonunda məsuliyyətə cəlb edə bilər. Bunun əsasında həmin rəhbərlərin və yaxın qohumlarının ofşor zonalardakı mülkləri məsələsi meydana çıxacaq.  20 ildən çoxdur ki, Dağlıq Qarabağı erməni mafiyası idarə edib. Ümumiyyətlə, Ermənkistanın bir dövlət olaraq iqtisadi, siyasi hərbi, ideoloji çöküşü prosesi başlayıb.
Azərbaycanın bu məsələdə üstünə getməsilə Ermənistan hakimiyyətinin tamamilə kriminallaşdığı, yəni gizli iqtisadiyyatla məşğul olan dövlət olduğu açıq şəkildə dünyaya bəlli olacaq.  Ermənistan iqtisadiyyatı və idarəetmə sisteminin 37 faizinin kriminallaşdığı bildirilir. Bu beynəlxalq aləmdə ən yüksək rəqəmlərdəndir. Dünya üzrə bu norma 3-8 faiz arasındadır”.
 R. SOLTANOV
 
 
Sizin Reklam Yeriniz