Əlaqə Arxiv
news Image
2020.12.03
12:48
| A A A
Tarixi qızıl hərflərlə yazan cənab Əliyev!

Qarabağ! Bu adın nələr ifadə etdiyini ancaq Qarabağa qarşı qəlbinin dərinliklərində əvəzedilməz bir sevgi bəsləyən, illər keçsədə o sevgi bir zərrə belə olsun azalmayan və onun uğrunda hər an canından, qanından keçməyə hazır olan Azərbaycanlılar bilər. Çünki Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsi, doğma nənə-baba yurdudur. Qarabağın bizim üçün ifadə etdiyi dərin mənanı, sevgini kəlmələrə sığdırmaq mümkün deyil.

Qədim zamanlardan bəri Azərbaycanın görkəmli sənətkarları əsərlərində Qarabağın gözəllikləri, onun insan qəlbinə hüzur verən təbiəti, zəngin təbii sərvətləri barəsində yazırdılar. Bu da o deməkdir ki, Qarabağ əzəldən bəri bizim olub. Onun hər bir güşəsində Azərbaycan vətəndaşlarının məskənləri olmuşdur. Lakin keçici müddətlik də olsa xalqımız öz doğma yurd-yuvasından ayrı düşmüşdür. İndi isə geri dönürük. Öz doğma torpaqlarımızı mənfur düşmən tapdaqından azad edirik.

 İkinci Qarabağ müharibəsi başlayandan bəri xalqımız hərgün səbrsizliklə cənab prezidentimizin çıxışını gözləyir. Bu gün isə o çıxış Laçının şərəfinə idi! Bəli Azərbaycan xalqı bunu bacardı. Artıq Laçınında azad edilməsiylə Qarabağ tam azad oldu. Bundan sonra həsrət, ayrılıq olmayacaq. Hər bir azərbaycan vətəndaşı öz doğma torpaqlarına gedəcək orada yaşayacaqlar.

Yeni nəsillərimiz Qarabağa həsrətlə böyüməyəcək, Qarabağın havasıyla, suyuyla böyüyəcək. Azərbaycanın elə bir ordusu var ki, o orduda şərəflə vuruşan, canlarını bizim rahat yaşamamız üçün, torpaqlarımız üçün qurban verən mərd şəhidlərimiz var. Biz bu gün sahib olduğumuz rahatlığı, əldə etdiyimiz qələbəni şəhidlərimizə və ordumuza borcluyuq. Haqqınızı halal edin şəhid ailələri! Sizin doğmalarınız bizim üçün, vətən üçün canını qurban verdi. Artıq ruhunuz şaddır əziz şəhidlər! Uğrunda can verdiyiniz Qarabağ sizin sayənizdə tam azaddır.

 Bu gün hər bir Azərbaycanlının qəlbindəki vətən sevgisini hiss etmək çox asandır. İnsanlar qələbə sevincini həmrəy bir şəkildə küçələrdə qeyd edirlər.Valideynlərmizin bizi belə vətən sevgisiylə yetişdirdikləri kimi, bizdə gələcək nəsilləri vətən sevgisiylə yetişdirməli, onlara Qarabağ uğrunda baş verən hadisələri, xalqımızın yaşadıqlarını lazimi qaydada başa salmalıyıq ki, bu vətənin, xalqın xəmirinin asan yoğrulmadığnı bilib, minlərlə igid oğullarımızın vətəni uğrunda etdiklərini tam şəkildə dərk edərək vətəninə qarşı qəlbən, ruhən sonsuz sevgi bəsləsinlər.

Bizə bu qələbəni yaşadan Ali Baş Komandanımız var olun! Azərbaycan xalqının qəlbində silinməz bir iz buraxdınız. Bizim tarixi qızıl hərflərlə yazan Ali Baş Komandanımız var! Eşq olsun Azərbaycanın rəşadətli ordusuna! Qisasımızı alacağıq dedik və aldıq! Qarabağı azad edəcəyik dedik və etdik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

İbadova Günay

Nəsimi rayon gənci

 

Sizin Reklam Yeriniz