Əlaqə Arxiv
news Image
2020.12.03
11:50
| A A A
Qarabağ Azərbaycandır!

Bu gün Prezident İlham Əliyev bizlərə çox böyük, çox gözəl xəbər verdi– Laçın işğaldan azad olundu. Bu gün çox böyük fərəh və sevinc hissi yaşayırıq. Çünki torpaqlarımızın bütövlüyü təmin olundu. Hər zaman dərsliklərdə əfsuslar olsun ki , işğal olunmuş torpaqlarımız haqda keçirdik, indi isə o günlərə son qoyuldu, artıq zaman dəyişdi. İndi biz böyük qürur hissi ilə azad olunmuş torpaqlarımız haqqında danışacağıq. Bütün azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Bu gün hamımız Qarabağlıyıq. Laçın rayonun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan dövlətimiz, igidlərimiz Laçın rayonunu qaytardılar. Düş məni buna məcbur etdilər. Biz bir yumruq şəklində birləşərək əzəli düşmənlərimizi Qarabağdan iti qovar kimi qovduq. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunda bizim böyük meşə sahələrinin var– ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Əlbəttə işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Ancaq biz bu bölgələri bərpa edəcək, dirçəldəcəyik. Məhv edilmiş, infrastrukturun, o cümlədən məhv edilmiş ağacların bərpası haqda geniş layihələr hazırlanır. Perzident İlham Əliyev çıxışında bildirmisdir ki, “ Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqinda danışıqlar zamanı mövzuya toxunarkən həmişə həm Ermənistan həm də , onun havadarları qeyd edirdilər ki, yox , Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır ”. Biz dəfələrlə Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışsaq da, onlar bu sülhə razılıq göstərmirdilər. Məhz buna görə də onların anladığı dildə– müharibə yolu ilə Qarabağımız geri qaytardıq . Biz yeni reallıq yaratdıq, qələbə qazandıq, düşmənin başını əzərək onları öz doğma yurdumuzdan qovaraq yeni reallıq yaratdı. Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyil. Mən Qarabağlı olmasam da , bu gün özümü Qarabağlı hiss edirəm. Bütün dünya bizim əsgərlərimizə , igid oğullarımıza, mərd analarımıza, nənələrimizə mat–mətəl baxırdılar. Çünki belə bir igidlər, müharibə istəyən mərt analar, nənələr görməmişdilər. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Gözün aydın Laçın azadsan, Gözün aydın Qarabağ azadsan, bizimsən ! Qarabağ Azərbaycandır!

Məlikova Əskinaz

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz