Əlaqə Arxiv
news Image
2020.12.04
08:55
| A A A
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb (VİDEO)

"Euronews" telekanalı Terter rayonunun erməni işğalından azad edilmiş Suqovuşan kəndi ilə bağlı süjet hazırlayıb.

Mövqe.az-ın məlumatına görə, süjetdə deyilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasındakı son hərbi əməliyyatlar zamanı Bakının ilk nəzarətə götürülən ərazilərindən biri Madagiz kəndi olub. Həmin kəndə artıq rəsmi şəkildə azərbaycanlı adı qaytarılıb - Suqovuşan.

Bir nəfər çəkiliş qrupundan onu özüylə aparmasını istəyib, bunlar onun doğma yerləridir. Xaliq Hümmətovun dediyinə görə, ailəsi ilə kəndi tərk etmək məcburiyyətində olduğu vaxtda onun 14 yaşı olub. Evini 27 ildən sonda ilk dəfə görür. Kişi çəkiliş qrupundan sevinc göz yaşlarını lentə almamağı istədi:

"Xeyr, onlar evimizi dağıtmadılar. O hələ də dayanır. Amma eyvan artıq yoxdur. Uşaqlığımı xatırlayıram. Ana gölə getməyimizə icazə vermirdi, boğulacağımızdan qorxurdu. Bir gecə saqqallı bir erməni gəldi. Dedi ki, səhərə yaxın burdan getməliyik. Bizə yalnız bir at götürməyə icazə verildi. Ancaq sonra həmin erməni yenidən peyda oldu, atı cilovundan tutub dedi: "Bu atı götürməyəcəksiz. Mən balaca idim, ağlayırdım. Onu apardılar və biz piyada getdik".

Sizin Reklam Yeriniz