Əlaqə Arxiv
news Image
2020.12.04
09:31
| A A A
Ermənistan Azərbaycanın vaxtilə təklif etdiyi “hamının hamıya” prinsipinə baş əyir...


Akif Nağı:“Ermənistanın  “hamının hamıya” prinsipindən danışması o deməkdir, onlar Azərbaycanın mövqeyini qəbul edir”.
 “Ermənistan hakimiyyəti bu təzyiqlərin qarşısında heç nə edə bilmirlər, ona görə də artıq bu prinsipin tətbiq edilməsi üçün canfəşanlıq edirlər”.
Ermənistan baş nazirinin müavini Rusiyanın bu ölkədəki səfiri Sergey Koprıkinlə görüşündə erməni və azərbaycanlı əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifi barədə bəyanat verib. Halbuki, müharibə alovlanmamışdan əvvəl Azərbaycanın bu təklifi İrəvanda daş-qalaqla qarşılanmışdı. İndi nədən erməni tərəfi bu fikri özləri irəli sürürlər?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Mövqe”yə bildirdi ki, Azərbaycan hələ 44 günlük müharibədən əvvəl dəfələrlə “hamının hamıya” prinsipi ilə əsrlərin dəyişdirilməsi ilə bağlı müraciət etsə də, Ermənistan razılaşmırdı:”Azərbaycan əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif etmişdi. Bu təkcə Azərbaycanın mövqeyi deyildi, eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində bu mövqe ortaya qoyulmuşdu. Bilirsiz, Rusiya ilə Ukrayna arasında əsir-girov problemi vardı, o prinsipi o zaman tətbiq etmişdilər. Sergey Lavrov eyni zamanda Azərbaycan və Ermənistan arasında bu prinsipin tətbiq edilməsini təklif etmişdi. İndi o bu təklifi nə qədər  səmimi idi deyə bilmərəm. Bu mövqe səsləndirilmişdi və Azərbaycan da bu mövqeni müdafiə edirdi. Xüsusilə də  azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı bu məsələ qaldırılmışdı. Amma Ermənistan həmişəki kimi siyasi möhtəkirlik edirdilər və Azərbaycanın mövqeyi ilə hesablaşmaq istəmirdi, göylə gedirdi. Onda Paşinyanın Qarabağda rəqs edən vaxtları idi. Ona görə də razılaşmamışdılar və Dilqəmdən və Şahbazdan Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdılar. Amma indi situsiya dəyişib və müharibənin gedişində ermənilərin çoxlu sayda əsirləri var. Ermənistan cəmiyyətində də bununla bağlı böyük narazılıq var, əsir əsgərlərin valideynləri, yaxınları dayanmadan aksiyalar keçirir və Paşinyan hökümətindən övladlarını tələb edirlər. Hökümətdən tələb edirlər ki, onların itkin və əsir düşmüş, ölmüş övladları ilə bağlı məlumat verilsin. Bu gün bu məsələ ilə əlaqədar olaraq əhali tərəfindən Ermənistan hakimiyyətinə qarşı ciddi təzyiqlər var. Ermənistan hakimiyyəti bu təzyiqlərin qarşısında heç nə edə bilmirlər, ona görə də, artıq bu prinsipin tətbiq edilməsi üçün canfəşanlıq edirlər. Paşinyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün bu məsələni həll etmək onlar üçün bir həyatı məsələdir”.
Bu müharibədə Azərbaycan tərəfindən Ermənistanda olan əsirlərinin sayının çox az olduğunu deyən A.Nağının sözlərinə qədər orada olan əsirlərimizin sayı barmaqla sayılacaq qədərdi:”Bizim əsirlər orada çox cüzi saydadı. Bu gün Ermənistan daha çox çox maraqlıdır ki, əsir və girovların dəyişdirilməsi baş tutsun. Bu mənada hesab edirik ki, Azərbaycan birmənalı şəkildə Dilqəm Quliyev və Şahbaz Əsgərovun məsələsini qoymalıdır. Eyni zamanda fikrimcə, 1992-ci ildən başlayaraq 4 minə yaxın azərbaycanlı əsir və girov kimi Ermənistan tərəfindən hələ də saxlanılır, onların taleyi ilə bağlı məlumat yoxdur. O əsir və girovlarla bağlı məsələni də Azərbaycan höküməti mütləq qoymalıdır.  Azərbaycanda əsir, girov və itkin düşmüş vətəndaşlarla bağlı dövlət komissiyası var. Həmin komissiyanın məlumatları var və bu dəqiq məlumatlar əsasında Azərbaycan tərəfi faktları ortaya qoymalıdır, həmin əsir və girovların qaytarılması da təmin olunmalıdır. Yəni “hamının hamıya” deyilirsə, mütləq o əsir və girovlarda nəzərdə saxlanılmalıdır. Hesab edirəm ki, Azərbaycan bu məsələdə də göstərdi ki, doğru mövqedə olub. Dağlıq Qarabağ probleminin nizama salınmasında da Azərbaycan düzgün mövqedə idi. Kompromislər yolu ilə münaqişəni nizama salmaq istəyirdi, amma Ermənistan bunu başa düşmədi.  Əsirlərin və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifi irəli sürəndə də Azərbaycan düzgün mövqedə idi. Amma onu Ermənistan anlamadı, başa düşmədi. Mharibədə məğlub olandan, zərbə alandan sonra “ağııları başlarına gəldi”, indi bu mövqedən çıxış edirlər. Ermənistan tərəfin bunu indi təklif etdiyinə baxmayın, bu Azərbaycanın mövqeyidir. Ermənistanın  “hamının hamıya” prinsipindən danışması o deməkdir, onlar Azərbaycanın mövqeyini qəbul edir.  Azərbaycan da əsir və girovlarımızı qaytarmaq üçün bu şansdan maksimum dərəcədə yararlanmalıdır”, - deyə A.Nağı qeyd etdi.
Aytəkin KƏRİMLİ
 

Sizin Reklam Yeriniz