Əlaqə Arxiv
news Image
2020.12.05
15:24
| A A A
Paşinyan istefa tələblərinə cavab verdi

Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətin istefa tələbini qəbul etməkdən imtina edib.

Axar.az xəbər verir ki, xalqa müraciəti zamanı Paşinyan reformlar apardıqlarını deyib.

“Məhkəmə sistemində reformasiya və partiyalar haqqında qanunla bağlı aktiv iş aparılır. Bu reformların məqsədi o demək deyil ki, mən və ya biz hakimiyyətdə qalaq. Məqsəd xalqın hakimiyyətdə qalmasıdır. Bu o deməkdir ki, Ermənistan xalqı hakimiyyəti seçməklə bağlı azad iradəyə sahib olmalıdır”, – deyə o bildirib.

Paşinyan indiyə qədər yeganə normal parlament seçkisinin 2018-ci ildə baş tutduğunu deyib:

“Ermənistanda bu gün baş verən bir sıra siyasi proseslərin mənası aydındır. Bəzi dairələr bu seçkinin yeganə olaraq qalması üçün hər şey etməyi arzu edirlər. İzn verməyəcəyik. Xalqın hakimiyyəti şübhə altına qoyula bilməz”.

Sizin Reklam Yeriniz