Əlaqə Arxiv
news Image
2020.12.05
15:49
| A A A
Ceyhun Bayramov Lavrovla danışdı

Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Mövqe.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin noyabrın 10-da imzaladıqları bəyanatın müddəalarının icrasını, o cümlədən tərəflərin rusiyalı sülhməramlılar ilə qarşılıqlı əlaqəsini, habelə ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər”, - nazirlikdən bildirilib.

Sizin Reklam Yeriniz