Azərbaycanın müdafiə naziri BƏƏ-yə səfərə dəvət edilib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev avqustun 27-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd əl-Ğaflini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfir BƏƏ-də keçiriləcək hərbi sərgidə iştirak etmək üçün ölkəsinin müdafiə nazirinin dəvətini S. Əbiyevə təqdim edib.