Əlaqə Arxiv
news Image
2020.12.16
14:46
| A A A
Rusiya Qarabağa 54 vaqon yardım göndərdi

Rusiyadan Qarabağa humanitar yardım göndərilib.

Mövqe.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın səkkiz şəhərindən Qarabağa ümumi çəkisi təxminən 1200 ton olan 54 vaqon humanitar yardım göndərilib. Yardımın növbəti günlərdə çatması gözlənilir”, - nazirlikdən bildirilib.

Fövqəladə Hallar Nazirliyi Rusiyanın Qarabağa göndərdiyi humanitar yardımının təxminən 30 evin və sosial obyektin bərpasına kömək etdiyini açıqlayıb:

“Rusiya Təcili Yardım Qrupunun qüvvələri Qarabağda humanitar yüklərin paylanması və çatdırılmasına yardım göstərir. Bunun sayəsində artıq 28 sosial obyekt və yaşayış binası bərpa edilib, 147 obyektdə isə işlər davam etdirilir”.

Həmçinin qeyd edilib ki, Xankəndi və onun ətrafında təxminən 30 hektardan çox ərazi minalardan təmizlənib. Burada 2 mindən çox partlayıcı maddə zərərsizləşdirilib.

Sizin Reklam Yeriniz