Əlaqə Arxiv
news Image
2021.01.08
11:07
| A A A
Ermənilər hələ ki, kapitulyasiyanın nə olduğunu anlamırlar
İrəvanda belə hesab edirlər ki, Rusiya ilə müttəfiqlik münasibətləri Kremlin Ermənistana havadarlığından ibarətdir

 

Vətən müharibəsində Azərbaycanın qələbə eyforiyası uzun çəkmədi. Bir aylıq şadyanalıqdan sonra işğalçıların yaman günə qoyduqları torpaqlar, şəhər və kəndlər planlı şəkildə sürətlə bərpa dövrünə qədəm qoyub. Çünki, torpağın sahibi qayıdıb və bütün normal cəmiyyətlərdə olduğu kimi Qarabağda da həyat qaynamağa başlayıb. Minalardan təmizlənmiş torpaqlar haqda ən xırda məlumat belə əhalinin həyat sevincinə impuls verir.

Qarşı tərəfdə, yəni Ermənistanda isə məğlubiyyət eyforiyası hökm sürür və kapitulyasiyadan iki ay keçməsinə baxmayaraq erməni cəmiyyəti hələ də özünə gəlib reallığı dərk edə bilmir. Düzdür, bəzi erməni səlahiyyətliləri həqiqətləri dərk etməyə başlayıb, ancaq siyasi hərc-mərclik yaşanana Ermənistanda bu kimi faktlar vay-şivənlə qarşılanır. Bu da ona dəlalət edir ki, heç vaxt normal dövlətçiliyə malik olmayan ermənilərin sıraları hay-harayla cərgələnir. Bu cırtdan ölkənin hakimiyyəti bu vaxtadək başa düşməyib ki, Rusiya sözdə onunla müttəfiqlikdən danışsa da, işdə onun ağası vəzifəsini yerinə yetirir.

Bu günlərdə erməni cəmiyyətini aşağılayan daha bir hadisə baş verib. Mətbuatın yazdığına görə, yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü olmalıdır. Və bununla əlaqədar Moskva İrəvana tibbi heyət göndərib. Məqsəd, görüşə hazırlıqla bağlıdır və Ermənistanın baş naziri Nikol Paşinyanın koronavirusla bağlı vəziyyəti həkimlər tərəfindən araşdırılacaq. Bu faktla bağlı İrəvanda yenidən Rusiyanın satqınlığı barədə ritorik suallar yağdırılmağa başlanılıb. Mətbuatda başlanan qovğanın əsas məğzi bundan ibarətdir: nə üçün Moskva baş nazirin özünün həkim vnriqadasına etibar etmir və Rusiyadan xüsusi həkim heyəti göndərir? Bəs, görəsən görüşün digər iştirakçısı Əliyev üçün də rus həkimlərindən ibarət briqada göndərilibmi? Haqlı suallardır. Ermənilər bunu çözməkdə haqlıdırlar. Amma sualların cavabının interpretasiyası düzgün istiqamətə yönləndirilmir. Belə ki, ermənilər birdəfəlik başa düşməlidirlər ki, onlar müstəqil dövlət deyillər və yaxın yüz ildə bunu gözləməyin mənası yoxdur. Kremldə Ermənistana Rusiyanın bir əyaləti kimi yanaşılır və bunu daim onlara diktə edirlər. Təbii ki, rus həkim briqadasının Nikolun səhhətinə görə İrəvana getməsi zahirən absurd bir işdir. Lakin mahiyyət etibarı ilə bunun mənası var və o deməkdir ki, "ay ermənilər, siz bizdən asılısınız".

Azərbaycana gəldikdə isə Moskva Bakıya hər hansı həkim briqadasını yalnız Azərbaycan hakimiyyətinin icazəsi və ya sifarişi əsasında göndərə bilər. Sadəcə, təcrübə mübadiləsi, dostcasına yeni texnologiyanın izahı və sairə daxilində. Çünki, Azərbaycan sözün həqiqi mənasında müstəqil dövlətdir. Regionun lideridir. Digər dövlətlərlə münasibətlərini və iqtisadi əməkdaşlığını ikitərəfli çəkildə qarşılıqlı mənfəət əsasında qurur.

Yaxşı olardı ki, ermənilər bu faktı Ermənistan baş nazirinin aşağılanması kimi yox, müstəqillik prizmasından təhlil edib nəticə çıxaralar. Bəlkə onda anlayarlar ki, kapitulyasiya nə deməkdir, Azərbaycanla münasibətləri necə qurmaq lazımdır. Əks halda onlar nə iqtisadi blokadadan çıxa biləcəklər, nə də normal dövlətçiliyə doğru istiqamətlənə biləcəklər. Əslində Ermənistan nə qədər gec olsa da, Azərbaycanın dövlətçilik təcrübəsini öyrənməlidir.

N.NOVRUZ     



 

 

Sizin Reklam Yeriniz