Əlaqə Arxiv
news Image
2021.01.13
13:00
| A A A
Üçtərəfli görüşün ikitərəfli məqamları

Sentyabrın 27-dən dünyanın diqqət mərkəzində olan Azərbaycan yanvarın 11-də həmin mərkəzi Moskva şəhərinə çevirdi. Geridə qoyduğumuz ilin noyabrın 10 -da üçtərəfli bəyanatın imzalanmasından 2 ay sonra keçirilmiş bu görüş həm ilk, həm də önəmli idi. Regionun ən çətin münaqişəsi, dünyanın “dondurulmuş” adlandırdığı, hərbi həllinin olmadığı dəfələrlə vurğulanan Qarabağ münaqişəsi cənab Prezidentin uzaqgörənliyi və iradəsi sayəsində döyüş meydanından masa üzərinə hərəkət trayektoriyası ilə başa çatdı. Nə Ermənistan dövləti, nə ümumdünya erməni diasporu, nə də “erməniləşmiş” havadarlar bu yolun qarşısında dura bilmədilər.

Nəzərə alaq ki, artıq 200 ildən çoxdur ki, torpaqlarımız sıra ilə talelərinə yazılmış işğal yazısı ilə barışmışdı. Azğınlaşmış erməni xisləti elə bir zirvəyə çatdı ki, İrəvan, Göyçə, Zəngəzur və Qarabağımızı bizdən ayırdıqları azmış kimi  2018-ci ildən “yeni ərazilər” iddiasına düşdülər. Nəhayət ki, erməni xislətinin çatdığı zirvə onları uçuruma aparan yol oldu... Ard-arda verilmiş sərsəm bəyanatlar, siyasətdən və insanlıqdan uzaq addımlar , 200 illik səbir kasamızın daşmasına səbəb oldu. Bizim səbrimiz daşsa da niyəsə özünü bu münaqişənin həllində “canfəşanlıq edən” kimi göstərənlər nəinki Ermənistan tərəfini günahlandırmadı, hətta indiyə kimi bağrına basması azmış kimi bir anlıq özlərini erməni kimi apardılar. Kimin özünü necə aparmasından asılı olmayaraq biz özümüzün türk olduğunu və gəlin-qızlarımızın, ata-babalarımızın, körpələrimizin qanı axan, narahat ruhlarının məkanı olan Qarabağı unutmadıq və heç bir vəziyətlə də razılaşmadıq.

Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar ermənilərin və “erməniləşmişlərin” iddiasına “ dəmir yumruqla” zərbə vuraraq regionda yeni reallığın başlanğıcını qoydu. Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli regionda məhz Azərbaycanın başçılığı altında yeni geosiyasi və geoiqtisadi vəziyətin formalaşmasına səbəb olur. Beləliklə, Ermənistan nəinki döyüş meydanında, bütöv regionda Azərbaycanın qarşısında diz çökməyə məcbur edildi. Yanvarın 11-də Moskvada keçirilən görüşün isə bütün baş verənlərlə Ermənistan tərəfinin çətin də olsa barışması, postmüharibə dövründə müxtəlif istiqamətli təxribatlara əl atmasının dayandırılması, 10 Noyabr Bəyanatının möhkəmlənməsi və ən əsası regionda yeni dönəmin başlanması üçün böyük əhəmiyəti vardır. Bəs bu görüş gözləntilərini doğrultdumu deyə düşünsək, bəli, doğrultdu.

Görüş başlar-başlamaz Ermənistanın Baş Nazrinin həmişə görməyə alışdığımız həyəcan dolu üzü və hərəkətləri, çıxışı zamanı səsindəki narahatlıq və titrəmələr, eyni zamanda Paşinyanın görüş boyu cavab verməli olduğu sualların üstündən səthi keçməsi, baş naziri olduğu dövlətin hansı vəziyətə düşməsinin və düşəcəyinin bariz nümunəsi idi.

Ən önəmli məqam isə Moskva görüşündə Ermənistanın heç bir şərtinin qəbul edilməməsi idi ki, bu da postmüharibə dövründə Azərbaycanın diplomatik uğurunun təcəssümü idi. Putinin “Qarabağ münaqişəsi keçmişdə qalıb” deməsini gözardı edib yenidən “Qarabağ münaqişəsi həll edilməyib” deməsi Paşinyanın bir daha küçədən siyasətə təsadüfi olaraq gəlişini sübut etdi. Hələ də Qarabağın statusu haqda danışıb, ATƏT vasitəçiliyi ilə “danışıqlara” hazır olduğunu bildirən Paşinyan ev tapşırığını bu dəfə də düz etməmiş olduğunu göstərdi. Görüşün sonunda heç də məmnun olmayan üz ifadəsi ilə kameralar qarşısında dayanan Paşinyanın arzuları yarımçıq qaldı. “Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik” deyə bildirən Cənab Prezident İlham Əliyev Ermənistan və Qərbdəki bəzi revanşist qüvvələr üçün çox vacib ismarıc göndərdi.

Beləliklə, Azərbaycanımızın ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda yeni qonşuluq və təhlükəsizlik dönəminin başlanmasına səbəb olur. Belə ki, əldə edilmiş razılıq və birgə Bəyanat Ermənistan tərəfinin hansı xülya və hislərdə olmasından asılı olmayaq Rusiya ilə Azərbaycanın birgə qədəm qoyduğu yeni yolun başlanğıcıdır.

                                        

Əliyeva Günəş

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz