Əlaqə Arxiv
news Image
2021.01.13
08:00
| A A A
Moskvada prezidentlər arasında üçtərəfli görüş keçirilib

Azərbaycan respublikasının prezidenti İlham Əliyev ilə Rusiya federasiyasının prezidenti Vladimir Putinin görüşü baş tutub. Bu görüşdə ermənistanın baş naziri nikol paşinyanda iştirak edib.  Vladimir Putin öz çıxışında İlham Əliyevə görüşdə iştirak etdiyi üçün təşəkkür edib. O Azərbaycanın qalib olduğu Qarabağ döyüşləri haqqında danışıb, bildirib ki, ötən ilin 9 noyabrında imzalanmış üç tərəfli bəyanatın qaydalarına əməl edərək, regionda sülhün bərpa olunmasına, dinc sakinlərin rahat yaşamasına və mövcud problemlərin aradan qaldırılmaq üçün göstərdiyiniz səylərə görə sizə təşəkkür edirəm.

Vladimir Putin Qarabağ döyüşləri zamanı keçirilmiş hərbi əməliyyatlardan, qarşı tərəfin həyata keçirtdiyi terror nəticəsində həyatını itirmiş insanlardan danışıb. O bildirib ki, əgər müharibə uzansaydı, itki sayı iki tərəf üçün də artacaqdı. Putin həmkarlarına müharibə alovunu söndürmək üçün addım atdıqları üçündə təşəkkür edib. "Məhz bizim göstərdiyimiz səylər nəticəsində, 9 noyabr gec vaxtda üçtərəfli bəyanat imzalandı. Bu bəyanat nəticəsində, regiona rus sülhməramlı qüvvələr yerləşdirildi, Dağlıq Qarabağ zonasında sülhü bərqərar etmək üçün vacib işlər görülür. Üçtərəfli razılaşmalar uzun müddətdir ki, akyual olan problemləri aradan qaldıracaq. Laçın dəhlizi boyunca atəşkəsə riayət edilmək üçün, rus sülhməramlı qüvvələri bu ərazilərə yerləşdirilib.

Görülən işlərdən sonra əminik ki, məcburi köçkünlər öz torpaqlarına qayıdacaq, artıq 48.000 insan Qarabağa qayıdıb. Lakin məcburi köçkünlərin hamısı eyni anda torpaqlarına qayıda bilməz. Beynəlxalq humanitar müşahidə mərkəzi fəaliyyət göstərir ki, tarixi yaşayış yerlərini infrastrukturu, dini abidələri bərpa etsin. Rusiyadan münaqişə zonasına 800 tondan artıq tikinti materialları, 1,5 million humanitar yük göndərilib. Regionda iqtisadi, ticari, nəqliyyatın bərpası, sərhədlərin açılması, xüsusi diqqət tələb edir." Sonda Vladimir Putin danışıqlar nəticəsində sülhün, təhlükəsizliyin, sosial inkişafın möhkəmləndirilməsindən əmin olduğunu bildirib.

 

Əlizadə Zeynəb

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz