Əlaqə Arxiv
news Image
2021.01.13
12:33
| A A A
İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri baş tutub

Yaxın günlərdə ölkə başçımız Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər etmişdir. Bu səfər zamanı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutmuşdur. Görüşün məzmunu ötən ilin noyabrın 9-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda həyatın qaydaya salınmasına dair məsələlərin müzakirəsindən ibarət idi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı salamlayaraq, Rusiya tərəfinin qan tökülməsini dayandırmağa,  vəziyyəti sabitləşdirməyə kömək etməyə və davamlı atəşkəsə nail olmağa yönəlmiş fəal vasitəçilik səylərini müsbət qəbul etdiklərinə görə təşəkkürünü bildirmişdir.

Görüş zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin üçtərəfli Bəyanatın imzalandığı gündən bu günə qədər Qarabağda sülhməramlı qüvvələrin də təşəbbüsü ilə görülmüş işlər barədə məlumat verib. Daha sonra bəyanatda göstərilən əsas nizamlanma istiqaməti üzrə növbəti addımların razılaşdırılması , regionda iqtisadi,  ticari və nəqliyyat əlaqələrinin bərpası və sərhədlərin açılması məsələlərinin həll olunmasının vacibliyi vurğulanmışdır.

Məmmədova Simranə

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz