Əlaqə Arxiv
news Image
2021.01.14
11:20
| A A A
Komissiya müharibədən qayıdanların müraciətlərinə baxdı

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən üç gün ərzində 782 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 102 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Sizin Reklam Yeriniz