Əlaqə Arxiv
news Image
2021.01.15
12:08
| A A A
Rusiya və İran XİN rəhbərləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 26-da Rusiyaya səfər edəcək. Mövqe.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, iranlı naziri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək və bir sıra beynəlxalq məsələlərlə, o cümlədən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məsələni müzakirə edəcək. İranın nüvə proqramı, Suriyada, Əfqanıstanda və Fars körfəzi ətrafında vəziyyət də müzakirə mövzusu olacaq.
Sizin Reklam Yeriniz