Əlaqə Arxiv
news Image
2021.01.17
13:05
| A A A
MN açıqladı: 1751 nəfər qəbul edilib

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya bu günə qədər 1751 nəfər vətəndaş qəbul edilib.

Mövqe.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

Onun sözlərinə görə, komissiyanın Füzulidə yerləşən səyyar qrupu tərəfindən isə 202 müraciətə baxılıb: “Vətəndaşlara lazımı qaydada köməkliklərin göstərilməsi üçün bütün tədbirlər görülür”.

Sizin Reklam Yeriniz