Əlaqə Arxiv
news Image
2021.01.17
12:02
| A A A
Prezidentin Şuşadakı, "Böyük Qayıdış" çıxışından..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub. Sonra isə İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində olub. Fizuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Tikiləcək yeni yol Füzuli hava limanı ilə əlaqədə olacaq və bu yoldan İsa bulağına yeni yol çəkiləcək. Prezident yeni hava limanının təməlini qoyub, burda təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin  rahatlığı üçün hər cür şərait yaradılacaq. 
Prezident qeyd edib ki, yeni hava limanı bu il istifadəyə veriləcək bu xarici qonaqların Şuşaya gəlişini təmin edəcək. 5 yanvar 2021-ci il yeni tarixində Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası istiqamətində vacib işlər görülür. Müharibədən 2 ay vaxt keçib artıq işğaldan azad olunmuş torpaqlarımızı bərpa etməyə başlamışıq. İkinci beynəlxalq hava limanının tikintisi Kəlbəcər və Laçın rayonlarında nəzərdə tutulur. 
Cənab prezident qeyd edib ki: "Böyük Qayıdış başlayır biz bütün torpaqlarımızı bərpa edəcəyik bunun üçün əminəm ki çox vaxt lazım olmayacaq." Prezident İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı dalğalandırdı. 8 noyabr tarixin qızıl səhifəsinə yazılıb. Qəhrəman Azərbaycan əsgəri  Daşaltı kəndini azad etdikdən sonra Şuşanı azad etmişdir. Şuşa şəhəri 1992-də AXC-Müsavat  cütlüyünün xəyanəti nəticəsində işğal edilmişdi.    ermənilər     bizim Şuşanı azad edə biləcəyimizi düşünmürdülər, çünki Şuşaya girmək çox çətin idi lakin Azərbaycan əsgəri bunun əksini sübut etdi. 44 günün yeni hər bir günü bizim zəfər, qələbə günümüzdür. Şuşanı azad etdikdən sonra artıq erməni ordusu tamam təslim olmuşdu. 10 noyabrda imzalanmış kapitulyasiya aktından sonra Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qayıtdı. Bu qələbə bizim şəhidlərimizin canı-qanı bahasına qazanılıb. Artıq biz torpaqlarımıza qayıtmışıq, biz bu torpaqlarda əbədi yaşayacağıq. Düşmənin dağıtdığı bütün tarixi, mədəni abidələri bərpa edəcəyik. 
Prezident İlham Əliyev bunu da bildirib ki: "Bugün Şuşaya gələrkən Bakıda saxlanılan dahi şəxsiyyətlərimizin, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün büstlərini gətirmişəm. Şuşa şəhərindəki məscidi ziyarət etdikdən sonra, orda yerləşən Qazancı kisəsində də olublar.         ermənilərin dağıtdığı tarixi, dini abidələrdən danışan İlham Əliyev onların bərpa ediləcəyini birdaha vurğulayıb. "Şuşa şəhəri bizim əzəli torpağımızdır. Biz torpaqlarımızı yenidən dirçəldəcəyik. Qarabağ-Azərbaycandır!"
 
Əlizadə Zeynəb
Nəsimi rayon gənci

 

Sizin Reklam Yeriniz