Əlaqə Arxiv
news Image
2021.01.18
13:21
| A A A
Amerikalılar Rusiyaya sığınır?!

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova, ABŞ prezidenti Donald Trampın tərəfdarlarının tez-tez sosial şəbəkələrdə ona Rusiya vətəndaşlığı almaq prosesi haqqında suallar ünvanladıqlarını söyləyib. Zaxarovanın təbirincə, bu, ABŞ-ın bəzi vətəndaşlarının siyasi baxışlarına görə vətənlərində təqibdən qorxduqlarına görədir. Bu səbəbdən ABŞ Prezidenti Donald Trampın tərəfdarları Rusiya vətəndaşlığı almaq üçün nələrin edilməsi lazım olduğu barədə maraqlanırlar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bazar günü axşam “Rossiya-1” kanalındakı Vladimir Solovyovun “Bazar axşamı Solovyovla” proqramında çıxış edəndə bildirib: “İndi Amerika Birləşmiş Ştatlarından sosial şəbəkələrdə şəxsi mesajımla göndərdiyim ən populyar şərh  Rusiya vətəndaşlığını necə əldə etmək haqqındadır”.  Onun sözlərinə görə, sualların müəllifləri respublikaçıların tərəfdarlarıdır.

Zaxarovanın fikrincə, Trampın tərəfdarları öz ölkələrində siyasi baxışlarına görə təqib olunacaqlarından ehtiyatlanırlar. “Reallığa xoş gəlmisiniz” –deyə, o, baş verənləri belə şərh edib.

“Mövqe.az”

Sizin Reklam Yeriniz