Əlaqə Arxiv
news Image
2021.01.18
15:38
| A A A
Lavrov erməni terrorçularından danışdı

Əsirlərlə bağlı məsələ Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvadakı görüşündə uzun sürən müzakirələrin bir hissəsi idi.

Mövqe.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, əsirlər məsələsində ermənilərin problemləri əvvəldən çox olub:

"Tərəflərin hər şeydən əvvəl əsirlərin siyahısını formalaşdırması zəruri idi. Azərbaycan bununla bağlı siyahı verdi. Ermənistan isə siyahıları gec və natamam şəkildə təqdim etdi. Sonra isə noyabrın 9-da başa çatan müharibə dövrünün əsirlərinin mübadiləsi oldu.

Amma indi əsas məsələ dekabr ayında Hadrut rayonunda yaranmış məsələdir. Oraya göndərilən erməni hərbçilərinin böyük hissəsi əsir düşdü. Azərbaycan tərəfi bəyan etdi ki, bu adamlar atəşkəsdən sonra rayona göndərildiyinə görə onlara başqa qayda ilə baxmaq lazımdır. Biz və Prezident Putin məsələnin müzakirəsini davam etdirməyin zəruriliyini irəli sürürük ki, məsələ "hamını hamıya" prinsipi ilə bağlasın".

Qeyd edək ki, 10 noyabr Bəyanatından sonra Qarabağa göndərilən və yaxud orda özbaşına terror hücumları etmək üçün qalan bütün hərbçiləri Azərbaycan qanuna uyğun olaraq, terrorçu elan edib.

Sizin Reklam Yeriniz