Əlaqə Arxiv
news Image
2021.01.21
16:05
| A A A
Prezident İlham Əliyev Sumqayıtda səfərdə olub

Prezident İlham Əliyevin iqtisadiyyatı gücləndirmək siyasətinin əsas istiqamətlərindən biri də sənayeləşmə və qeyri-neft sektorunun inkişafıdır. Təsadüfi deyil ki, 2014-cü il Azərbaycanda"Sənaye ili" elan edilmişdi. Qeyri-neft sektorunun inkişafı ixracın şaxələnməsinə xidmət edir. Son 17 il ərzində Azərbaycanda yeni istehsal sahələri, sənaye parkları yaradılıb, ixrac imkanları genişlənib. Prezident İlham Əliyevin müsabibəsinə əsasən: Azərbaycanda yerli istehsal canlanır, iqtisadiyyat güclənir. Bu yaxınlarda fəaliyyətə başlamış yeni "sulfat turşusu istehsalı" zavodunun məhsulları Gürcüstana və Rusiyaya ixrac edilməsi planlaşdırılır. Yeni istehsal müəssisələrinin yaradılması həm ölkədə, həm də Sumqayıtda sənayenin inkişafı üçün böyük rol oynayır. Sumqayıt şəhəri bütün Cənubi Qafqazın ikinci ən böyük sənaye şəhəridir. 
Prezident İlham Əliyev Sumqayıt şəhərinin təmiz havasından, gözəl təbiətindən bəhs edib. Qeyri-neft sektorunun inkişafı, ixracın inkişafına imkan yaradır. Sənayenin, kənd təsərrüfatının  qeyri-neft sektorunun inkişafı yeni iqtisadi reallıq yaradıb. Prezident bu məsələlər ilə bağlı bəzi xəbərdarlıqlar edib: Ölkəmizin bəzi yerlərində nəzarətsizlik ücabatından xoşagəlməz hallar baş verir. Azərbaycanda təmizləmə prosesi gedir, bəzi yerlərdə torpaqlar və su resursları zəbt ediləcək. İlham Əliyev azad olunmuş torpaqlar üçün qoyduğu yeni hədəflərdən də danışıb. "Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb. Azad edilmiş torpaqlarda bərpa olunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, su anbarları üçün turizm imkanları var. 
Dünyada Azərbaycan kimi hər bir sahədə inkişaf  bir çox amilləri özündə birləşdirən ölkə azdır. Bunun üçün Azərbaycanda yetəri qədər ixrac bazarları, infrastruktur, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Cənab prezident İlham Əliyev onuda bildirib ki; "2021-ci il bizim üçün qələbə ilə başlayıb. Bu qələbə bizim qəhrəman əsgərlərimizin qanı, canı bahasına qazanılan qələbədir. Bundan sonra Azərbaycan daima inkişaf edəcək!"

Əlizadə Zeynəb
Nəsimi rayon gənci 

Sizin Reklam Yeriniz