Əlaqə Arxiv
news Image
2021.01.21
16:24
| A A A
Prezidentimizin Sumqayıt səfəri

Bildiyimiz kimi, Prezident İlham Əliyev 2021-ci ilə qələbələrlə başlayır. 2020-ci il ölkəmiz üçün çox çətinliklərlə keçdi. Həm pandemiya, həm müharibə Azerbaycan xalqı çox böyük çətinliklərlə üzləşdi. Lakin Azərbaycanın qələbə qazanması böyük hadisə oldu. Qələbədən sonra bərpa, yenidənqurma, quruculuq işlərinə start verildi. Prezidentimizin sərəncamlarına əsasən işğaldan azad edilmiş ərazilərdə həyat yenidən canlandırılır. Lakin Prezidentimiz diqqətini təkcə işğaldan azad olunmuş ərazilərə yönəltmir. İşğaldan azad olunmuş ərazilərlə bərabər digər rayonlarımızda da bərpa, yenidənqurma işləri aparılır. Prezidentimiz mütəmadi olaraq digər rayonlarımıza səfər edir, yenidənqurma işləri ilə tanış olur, yeni müəssələrin açılışında iştirak edir. 
Bütün bunlar Prezidentimizin diqqət və qayğısından irəli gəlir. Prezidentimizin Sumqayıt səfəri mühüm əhəmiyyət daşıyır. Prezidentimizin diqqəti sayəsində iqtisadiyyat yenidən canlanır, yeni iş yerləri açılır, əhalinin rifahı yaxşılaşdırılır. Yeni müəssələrin yaradılması Sumqayıt şəhərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub. Vərəqə Şüşə istehsalı müəssisəsinin açılışını edib. "Glassica" QSC- nin Şüşə Tara məhsullarının istehsalı zavodlarının təməlini qoymuşdur. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır. Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatının  şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Beləliklə, Prezidentin sənayeləşmə siyasətinə uyğun olaraq, sistemli tədbirlər davam etdirilir. 

Heydərova Bənövşə
Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz