Əlaqə Arxiv
news Image
2013.09.03
12:41
| A A A
BMT:"Suriyalı qaçqınların sayı 2 milyonu ötüb"

Hər gün Suriya sərhədini 5000 suriyalı keçir

Son 3 ayda Suriyanı tərk edənlərin sayı təxminən yarım milyon nəfər olub. Bununla da suriyalı qaçqınların sayı ümumilikdə 2 milyonu ötüb. Hər gün 5000 nəfər Suriya sərhədini keçir. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat verib. "Suriyadakı qadın, uşaq və kişilər sadəcə bellərinə pal-paltarları yüklənmiş şəkildə ölkəni tərk edirlər." - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bəyanatında belə deyilir.


Qurumun hesabatına görə, qaçqınların 700 mindən çoxu Livana, 500 mindən çoxu Türkiyəyə, qalanları isə İraq və İordaniya kimi qonşu ölkələrə pənah aparıb. Livan Suriyanın qonşuları arasında ən kiçik ölkə olmasına baxmayaraq, suriyalılar daha çox bura üz tutur və hazırda ölkədə hər 6 nəfərdən biri suriyalı qaçqındır.


Qaçqınların təxminən yarısının uşaqlar olduğu, onların 3/4 11 yaşdan aşağı uşaqların təşkil etdiyi bildirilir. Qaçqın uşaqlardan yalnız 118 mini köçdükləri ölkələrdə öz təhsillərini davam etdirmək imkanına malik olublar. BMT-nin məlumatına görə, beynəlxalq humanitar yardım agentlikləri qaçqınların ən primitiv ehtiyaclarının ödənməsi üçün lazım olan maliyyə vəsaitinin hələ ki, 47%-ni toplaya bilib.


Qeyd edək ki, Suriya münaqişəsi son 20 ildə ən böyük qaçqın axınına səbəb olub. Sonuncu dəfə belə axın 1994-cü ildə Ruanda soyqırımı zamanı müşahidə edilmişdi.


Sizin Reklam Yeriniz