Əlaqə Arxiv
news Image
2021.01.26
09:21
| A A A
Ermənilər azərbaycanlı gənclərə qarşı kampaniyaya başladı

Ermənilər Vikipediyanın ingilis dil bölməsində Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaşı-ekspert Elnur Eltürk və “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadəyə qarşı kampaniyaya başlayıb.

Bu barədə Axar.az-a Elnur Eltürk özü məlumat verib.

“Erməni istifadəçilər qərəzli yanaşma ortaya qoyaraq Ayxan Zayıdzadənin saytdan bloklanmasına cəhd göstərirlər. Ermənilər səbəb kimi onu göstərir ki, guya onun arxasında mən dayanmışam və onu mən idarə edirəm. Halbuki Ayxan Zayıdzadə illərdir müstəqil fəaliyyət göstərir və ölkədə Vikipediyanın təbliği ilə məşğuldur. O, daim gənclərə Vikipediyada qaydalar çərçivəsində məqalələrin yaradılmasını və redaktəsini, vandalizmdən uzaq durmağı öyrədir”, - Eltürk bildirib.

Onun sözlərinə görə, artıq neçə gündür ki, ermənilər çirkin kampaniya aparır:

“Geri çəkiləsi deyilik. Əsaslı və qərəzsiz mənbələrlə mübarizəmizi aparacağıq. Hüquq və beynəlxalq qanun bizim tərəfimizdədir. Ayxan Zayıdzadə “enviki”də işləməyin qaydalarını gözəl bilir və müzakirələrdə də əsaslı, tutarlı mənbələrlə çıxış edir. “Enviki”nin idarəçiləri onun fəaliyyətində qərəz görmürlər”.

Sizin Reklam Yeriniz