Əlaqə Arxiv
news Image
2021.01.26
21:00
| A A A
Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü:

Türkmənistanla əlaqələr Azərbaycanın xarici siyasətinin mühüm, vacib istiqamətlərdən birini təşkil edir. Hər iki ölkə xalqlarının eyni etnik kökə, mədəniyyətə və dinə mənsubluğu, əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamaları əlaqələrin inkişafı üçün həm zərurət, həm də sağlam zəmin yaradır. Son illərə nəzər saldıqda ikitərəfli münasibətlərin inkişaf dinamikasını müsbət səciyyələndirmək mümkündür.

Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə qardaş dövlət olan Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmməd arasında videokonfrans formatında görüş keçirilib. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. 1999-cu ildə isə Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Bu görüşün Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm rol oynadığını bildirən Türkmənistanın Prezidenti bu əlaqələrin yüksək səviyyədə olduğunu əlavə edib. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu Türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. İki dövlət arasında əlaqələr uğurla inkişaf edir. Bu görüş humanitar, mədəniyyət, nəqliyyat, energetika, siyasi, iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. İki ölkə arasında əlaqələr qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir. Bu görüş iki ölkə arasında çox mühüm əhəmiyyət kəsb edir. Türkmənistan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanır. Bu anlaşma Xəzər dənizi regionunda iki ölkə arasında beynəlxalq əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır.

Heydərova Bənövşə

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz