Əlaqə Arxiv
news Image
2021.01.26
21:57
| A A A
Azərbaycan-Türkmənistan münasibətləri

Qədim İpək Yolunun üzərində yerləşən hər iki ölkədən transkontinental enerji və nəqliyyat dəhlizləri keçir. Həmin dəhlizlər Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrutlar hesab olunurlar. Son dövrdə ölkələrimiz arasında və ümumiyyətlə regionda nəqliyyat sahəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində konkret əməli addımlar atılıb. Buna Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat qurumları rəhbərlərinin çoxtərəfli görüşlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat və ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan Lapis Lazuli Marşrutunu, "Xəzər dənizi-Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun yaradılması üzrə görülən işləri misal göstərmək olar.

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Bizim müstəqil dövlətlərə çevrilməyimizdən hələ 30 il keçməyib, lakin bu illər ərzində çox böyük uğurlar qazana bilmişik. Məsələn, bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsində çox mühüm məsələləri həll edirik. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq, bizim ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik. Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq.

Nəsimi rayonu
Aytəkin Kərimova

Sizin Reklam Yeriniz