Əlaqə Arxiv
news Image
2021.01.27
13:00
| A A A
Azərbaycan və Türkmənistan höküməti arasında görüş baş tutub

Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin əsası 1992-ci ilin iyunundan qoyulmasına baxmayaraq zəngin karbohidrogen ehtiyatlarına malik bu iki türk dövləti arasında siyasi əlaqələr uzun müddət formal mahiyyət daşımışdı. Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişafında yanacaq-enerji sektorunun xüsusi yer tutması təbiidir. Bu sahədə əməkdaşlığı şərtləndirən əsas amil ilk növbədə hər iki ölkənin zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Azərbaycanın uğurlu neft-qaz strategiyası və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, xüsusən, Azərbaycan-Türkmənistan münasibətlərinin istiləşməsi iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açıb. Ona görə Azərbaycan və Türkmənistan prezidentlərinin görüşündə əsas müzakirə mövzularından biri energetika sahəsində əməkdaşlıq məsələsi olub.
 21.01.2021-ci il tarixində Azərbaycan prezidenti ilə Türkmənistan prezidenti arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə inkişafı və mənimsənilməsi haqqında imzalanmış Anlaşma memorandumundan bəhs edilib. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxışı zamanı bildirib: "Azərbaycan və Türkmənistan arasında uzun illərə dayanan qardaşlıq münasibətləri var. İki dövlət arasında imzalanmış bu memorandum nəticəsində, Xəzər dənizi regionunda davamlı energetikatın, geniş beynəlxalq tərəfdaşlığın inkişafı nəzərdə tutulur. Bu anlaşma Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu və qardaşlığı möhkəmləndirəcək. Türkmənistan prezidenti onunda bildirib ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər ardıcıl olaraq inkişaf edir. Öz növbəmdə məndə Türkmənistanın Azərbaycanın beynəlxalq qurumlara irəli sürdüyü təşəbbüsləri dəstəkləməyə daim hazıram. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma, tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər. Nəqliyyat sferası da bizim üçün mühüm əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan bugün əfqanıstanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində fəal iş aparır. 
     Prezident İlham Əliyev bildirib ki:” iki dövlət hər zaman səy göstərib ki, ölkələrimiz daima qarşılıqlı inkişaf etsin. Buna görə də, mən bugünki sənədi tarixi sənəd adlandırıram. Bugünədək Türkmənistan və Azərbaycan arasında bir çox sənəd imzalanıb ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlərdəki razılaşmalar yerinə yetirilir”. 
Cənab Prezident İlham əliyev regional əməkdaşlıq məsələsinə də toxunub. "Azərbaycan Türkmənistan və Türkiyə arasında həmçinin, Azərbaycan Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur bu əməkdaşlıq konkret nəticəyə, infrastruktur layihələrinin reallaşdırılması üçün əlverişli şərait yaradılmasına yönəlib." Sonda isə İlham Əliyev Xəzər dənizinin böyük əhəmiyyətindən danışıb. "Bundan sonra iki ölkə arasındakı münasibətlər daha da güclənəcək, sizdən Türkmənistan xalqına xoş arzularımı çatdırmağınızı xahiş edirəm."  Prezidentlərin çıxışından sonra mühüm tarixi sənədin imzalanması baş tutub.

Nəsimi rayon gənci
 Əlizadə Zeynəb Kamran qızı 

Sizin Reklam Yeriniz