Əlaqə Arxiv
news Image
2021.01.27
12:03
| A A A
Azərbaycan və Türkmənistan dostluğu

Azərbaycan və Türkmənistan dövlətləri arasındakı münasibətləri qədim köklü tarixə malikdir.Milli mənsubiyyət baxımından Azərbaycan xalqına ən yaxın olan xalqlardan biri məhz elə Türkmən xalqı hesab olunur. Bununla yanaşı bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar.Lakin bu iki ölkə arasındakı diplomatik münasibətlər 1992-ci ildən başlamış,1999-cu ildə Türkmənistanın Azərbaycanda səfirliyinin fəaliyyəti ilə də möhkəmlənmişdir.

Müasir devrimizdə bu münasibətlərin daha da gücləndirilməsi üçün bir sıra tədbirlər həyata kecirilməkdədir. Xəzər dənizi ilə sərhət olan bu iki ölkə yataqların bölgüsü üstündə yaranmış ixtilafları arxada qoyaraq 21.1.20021-ci il tarixində Xəzər dənizində “Dostluq” yatağı haqqında memorandum imzaladılar..Bu memorandum “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında iki dövlətin arasındakı anlaşmanı özündə əks etdirir.

İki dövlət arasında bağlanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ölkələrimiz arasında etibarlı münasibətlərin formalaşmasına zəmin yaratmış və eyni zamanda Xəzər dənizinin qorunması üzrə birgə fəaliyyət üçün əsaslı layihələrdən biri halına gəlmişdir.Azərbaycan və Türkmənistan arasındakı bu birgə əməkdaşlığın ümumi regionun inkişafına yeni imkanlar yaradacagıda aşkardır.İmzalanmış müqavilələr iki dövlətin dostluq və qardaşlıq prinsipləri əsasındakı münasibətlərini daha da dərinləşdirməkdədir.

Bağlanmış memorandum ilə Türkmənistan qazı Azərbaycan vasitəsilə istehlak bazarı olan Avropaya cıxış imkanı əldə edir. Bu hal isə Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artırır.İki ölkə arasındakı bağlanmış qlobal transmilli layihələr sayəsində Ölkələrimiz investisiyalar üçün ən optimal varianta cevrilir.Bu da öz növbəsində iqtisadi inkişaf sahəsində çox mühüm məsələlərin öz həllini tapması yolunda mühum addımlardan biridir.

Nəsimi Rayon Gənci

Əzimzadə Aysel

Sizin Reklam Yeriniz