Əlaqə Arxiv
news Image
2021.01.27
18:00
| A A A
Türkmənistan ilə əməkdaşlığımızı möhkəmləndirən saziş

2021-ci il yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında əməkdaşlıq sazişi imzalanmışdır. Bu sazişin imzalanması Türkmənistan dövləti ilə olan dostluğumuzu bərkidir. Saziş Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqındadır. İmzalanmış sazişin hər iki dövlət üçün müsbət cəhətləri var və möhkəm əməkdaşlıq qurulmasına zəmin yaradır.

Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bu əməkdaşlığın müsbət cəhətlərindən biri də xalqımız üçün nemət olan Xəzər dənizimizin qorunulmasıdır. Əməkdaşlıq sayəsində Türkməmistan ilə nəqliyyat sahəmizdə də böyük inkişaflar olacaq. Ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.

Azərbaycan və Türkmənistan arasında imzalanmış saziş həmçinin Azərbaycan qazının Avropa və Asiya ölkələrinə ötürülməsinə zəmin yaradacaq. Hasil olunacaq qazın Azərbaycana və TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq.

Azərbaycan və Türkmənistan digər ölkələrə nisbətən gənc müstəqil dövlətdir. Xarici ölkələr hazırda Azərbaycan və Türkmənistana böyük miqdarda investisiya etməkdədirlər. Çünki bilirlər ki, yatırılan vəsait əminliklə qorunacaq və onlara xeyir gətirəcək.

Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Bizim ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər.

Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb

Ümumiyyətcə, yanvar ayının 21-də imzalanmış saziş Xəzər dənizində karbohidrogen resurslarının mənimsənilməsində böyük rol oynayır. Bu layihə hər iki ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.

Fikrimcə, Türkmənistan və Azərbaycanın eyni milliyyəti, kökü, dini, oxşar tarixlərinin olması bizim əməkdaşlıq və qardaşlıq münasibətimizi dahada artırlr və ölkələrimiz tərəqqiyə doğru inamla irəliləməkdədir.

İslam Məmmədov

Nəsimi RİH könüllüsü

Sizin Reklam Yeriniz