Əlaqə Arxiv
news Image
2021.02.19
21:30
| A A A
ABŞ iqlim üzrə Paris sazişinə qayıdıb

 

 

ABŞ rəsmi bildiriş verdikdən 30 gün sonra iqlim üzrə Paris sazişinə qayıdır.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken məlumat verib.

O xatırladıb ki, Prezident Co Bayden vəzifəyə başladığı ilk gün – yanvarın 20-də müvafiq sərəncam imzalayıb. Dövlət katibinin sözlərinə görə, Vaşinqton iqlim dəyişiklikləri məsələlərini bütün səviyyələrdə ən mühüm danışıqlarda qaldıracaq.

İqlim üzrə Paris sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir. O, qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.

Sizin Reklam Yeriniz