Əlaqə Arxiv
news Image
2012.05.17
11:48
| A A A
Yeni kabinet təyin olundu

Movqe.Az BBC-yə istinadən bildirir ki, Fransanın yeni prezidenti François Hollandenin baş nazirlik vəzifəsinə Cen-Mark Ayraultu təyin etməsindən sonra kabinetin digər üzvləri də açıqlanıb.

Baş Nazir Laurent Fabius xarici işlər naziri, Avropa Birliyinin məsul naziri Pierre Moskoviç isə yeni Fransız hökumətində maliyyə naziri vəzifəsinə gətirilib.

Hollande kabinetin yarısına qadın siyasətçiləri təyin etməklə Fransada yeniliyə imza atmış oldu.

34 nazirlikdən qadınlara verilən 17 yer arasında Ədalət, Mədəniyyət və Ekologiya nazirlikləri var.

Kabinetdə əksikliyi ilə diqqət çəkən bir qadın isə Sosialist Partiyanın 2008-ci ildən bu yana lideri olan Martına Aubridir.

Baş nazirlik üçün Ayraultun rəqibi olaraq adı çəkilən və Sosialistlərin prezidentliyə namizədlik yarışında Hollandenin rəqibləri arasında iştirak edən Martına Aubrinin Təhsil və Gənclik Nazirliyinə olan təklifi qəbul etmədiyi bildirilib.

Aubri Sosialist Partiyanın lideri olaraq qalmağa davam edəcəyini söyləyib.

Sizin Reklam Yeriniz