Əlaqə Arxiv
news Image
2021.02.23
09:15
| A A A
Gürcüstan hökuməti tranzit dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün regional əməkdaşlığı davam etdirəcək

Gürcüstan hökuməti ölkənin tranzit dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya və regional əməkdaşlığı dərinləşdirməkdə davam edəcək.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu məsələ Gürcüstanın yeni hökumətinin 2021-2024-cü illər üzrə proqramında əksini tapıb.

Qeyd olunub ki, Bakı-Tbilisi-Qars layihəsinin tam başa çatdırılması Asiya və Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxt əhəmiyyətli dərəcədə qısaldılacaq və bu da Gürcüstana əlavə yüklərin cəlb olunmasına imkan verəcək.

Proqramda deyilir ki, Gürcüstan tərəfdaş ölkələrlə birgə tranzit dəhlizinin rəqəmsallaşdırılması üzrə işlərin aparılması planlaşdırır. Bu da Gürcüstan vasitəsilə yükdaşımaların effektivliyini artıracaq və davamlılığını təmin edəcək.

Sizin Reklam Yeriniz