Əlaqə Arxiv
news Image
2021.02.24
14:30
| A A A
General-polkovnik Movses Akopyan: "Erməni ordusu pis hazırlaşmışdı və pis döyüşürdü"

İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətinin səbəbi pis təşkilatlanma və idarəetmənin aşağı səviyyədə olması idi.

Movqe.az Virtualaz.org-a  istinadən bildirir ki, bunu Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general Movses Akopyan deyib.

"Biz pis hazırlaşmışdıq və pis döyüşürdük. Hava hücumundan müdafiəmiz də zəif idi", - erməni general bildirib.

Onun sözlərinə görə, müharibənin ilk günlərindən Azərbaycanın hədəfi Şuşa olub.

"Düşmənin Şuşaya necə gəlməsini və onu necə almasını aydınlaşdırmaq lazımdır", - deyən erməni general vurğulayıb ki, indi əsas vəzifə ordunu yenidən təşkil edib, 5-ci nəsil müharibəsinə hazırlaşmaqdır.

Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin başçısı Nikol Paşinyan sensasion açıqlama ilə çıxış edib. Baş nazirin sözlərinə görə, ikinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Rusiyadan aldığı "İsgəndər"əməliyyat-taktiki kompleksini tətbiq edib. Amma... "Raket partlamadı", - deyə N. Paşinyan təəssüflə qeyd edib.

Sizin Reklam Yeriniz