Əlaqə Arxiv
news Image
2021.02.25
09:00
| A A A
Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib

Venesuelanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının Karakasa qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq İspaniya, Hollandiya, Fransa və Almaniyanın səfirlik nümayəndələrinə etiraz notaları verib.

Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici diplomatiya rəhbəri Xorxe Arreas bildirib.

Daha əvvəl Bolivar Respublikasının səlahiyyətliləri Aİ-nin ölkədəkiı səfiri Isabel Brilyante Pedrosonu “persona non-qrata” elan ediblər. O, 72 saat ərzində ölkəni tərk etməlidir.

Xatırladaq ki, fevralın 22-də Aİ Venesuela dövlət qulluqçularına qarşı sanksiyalar siyahısını genişləndirib. Ümumilikdə bu sanksiya siyahısına Venesuela üzrə 55 şəxş daxil edilib.

Sizin Reklam Yeriniz