Əlaqə Arxiv
news Image
2013.09.06
11:59
| A A A
İlham Əliyev:"Rayonlar elə bil bir-biri ilə rəqabət aparır"

Dövlət başçısı bölgələrin inkişafının hər bir ölkənin real gücünü göstərdiyini deyib

"Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu indi Azərbaycan vətəndaşları da, Bakıya gələn qonaqlar da görürlər. Ancaq bölgələrin inkişafı hər bir ölkənin real gücünü göstərir". Bunu Astara Rayon Mərkəzi Xəstəxanasının açılışında prezident İlham Əliyev deyib. 


Onun sözlərinə görə, son illərdə Azərbaycanın bölgələrində aparılan işlər bir daha Azərbaycanın qüdrətli ölkə olduğunu təsdiqləyir. "Çünki hər bir yerdə, hər bir bölgədə inkişaf, quruculuq işləri gedir. Mən bütün ölkəni gəzmişəm. Rayonlar elə bil ki, bir-biri ilə rəqabət aparır. Amma bu, sağlam rəqabətdir və bizi inkişafa doğru aparan rəqabətdir. 


Ancaq bu maliyyə imkanlarını real həyata çevirmək artıq sizin işinizdir. Mən çox şadam ki, bütövlükdə son 10 il ərzində Azərbaycanın hər bir yerində quruculuq, inkişaf meyilləri çox güclüdür. Cəmiyyətdə çox gözəl ab-hava var. Çox böyük quruculuq ab-havası vardır və hər bir bölgədə insanlar çalışırlar ki, öz əməyi ilə ölkəmizi daha da gücləndirsinlər. Hər bir bölgənin inkişafı nəticədə ölkəmizin inkişafını müəyyən edir.


Azərbaycan xəritəsində Astara rayonunun xüsusi yeri var. Bu, sərhəd rayonudur. Bakıdan uzaqda yerləşən rayondur. Ona görə buraya xüsusi diqqət daim olmalıdır, var, olacaq. Bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti illərdə görəcəyik. Biz bu problemləri bilirik, onları həll edəcəyik və Astarada bütün infrastruktur, sosial məsələlər ən yüksək səviyyədə öz həllini tapacaq". 


Sizin Reklam Yeriniz