Əlaqə Arxiv
news Image
2021.02.26
14:38
| A A A
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib

Fevralın 26-da “Azərsun Holdinq”in kollektivi Xocalısoyqırımının 29-ci ildönümü ilə əlaqədar faciəqurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Şirkətlər qrupunun əməkdaşları abidənin önünə əklilqoyub, tər çiçəklər düzərək faciə qurbanlarınınxatirəsini dərin hüznlə yad ediblər.

Qeyd edək ki, "Azərsun Holdinq" mütəmadi olaraqErmənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzsiyasəti və Qarabağ həqiqətlərini dünyaya çatdırmaqməqsədi ilə müxtəlif layihələr reallaşdırır.

Xatirladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçəngecə erməni faşistləri tərəfindən Xocalı şəhərinin dincəhalisinə qarşı amansızlıqla divan tutulub. 613 nəfərqətlə yetirilib, 1275 nəfər girov götürülüb. Körpəuşaqlara, qadın və qocalara qarşı törədilmiş bu faciənixalqımız heç vaxt unutmayaq.

Sizin Reklam Yeriniz